Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Prestige Mbunqou
Vielje Prestige Mbunqou (10 iyul 2000-ci ildə anadan olub) — Konqo Premyer Liqa təmsilçilərindən olan CARA Brazzavil klubunda və Konqo milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Konqo futbolçusudur. == Milli karyerası == Mbunqou Konqo milli futbol komandasında debütünü 11 yanvar 2017-ci ildə Seneqal millisinə qarşı oyunda etmişdir. O, 58-ci dəqiqədə Kessel Tsibanı əvəz etmişdir. Yoldaşlıq oyununda Konqo rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
The Prestige
Prestij — Rejissorluğunu Kristofer Nolanın etdiyi 2006 ili Amerika, İngiltərə ortaq istehsalı film. IMDb saytında 200000-dən çox insanın xalları ilə 10 üzərindən 8,4 bal almış və ən yaxşı filmlər arasına girmişdir. Əvvələr birlikdə işləyən iki sehirbazın daha sonra rəqabətə və hətta düşmənliyə çevrilən hekayəsini izah edildiyi filmin mövzusu Viktoriya dövrü olaraq da tanınan zaman hissəsində keçir. Baş rollarında; Hyu Cekman, Kristian Beyl, Maykl Keyn, Skarlet Yohansson, Devid Bouinin yer aldıqları film iki sahədə 79-cu Oskar mükafatına namizəd görülmüş lakin mükafat ala bilməmişdir.
Tripanasoma Persale
Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir. == Yayılması == Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir.
Dark Passage
Dark Passage – 2003-cü ildə yaradılmış Türkiyə kiberidman klubu. Ölkənin ən qədim kiberidman klubudur. "League of Legends" və "Valorant" komandaları fəaliyyət göstərir. Əvvəllər "Counter-Strike: Global Offensive", "Zula", "Point Blank", "Starcraft", "FİFA" komandaları da mövcud olmuşdur. == Tarixi == Klub 2003-cü ildə Ertuğ Okçuoğlu tərəfindən yaradılmışdır. == League of Legends == "Dark Passage" 2013-cü ildən Türkiyə Çempionluq Liqasından çıxış edir. Klub 2013 və 2014 mövsümlərində həm qış, həm yaz, həm yay turnirlərinin qalibi olaraq ardıcıl 6 çempionluq yaşamış, həmin mövsümlərin böyük final turnirlərinin də qalibi olmuşdur. Komanda 2013-cü ildə Bolqarıstanda keçirilmiş Balkan liqasının finalında Serbiya çempionu "Kalu OP" klubunu məğlub etmiş, xaricdə kubok qazanan ilk türk klubu olmuşdur. 2014-cü ildə Dünya çempionatına qatılmağa haqq qazanan ilk türk klubu olsa da, "Samsung White", "Edward Gaming" və "Ahq Esports" klubları ilə düşdüyü qrupdakı bütün oyunlarını uduzmuşdur. 2015 mövsümündən etibarən Türkiyə Çempionluq Liqası yeni formata keçmişdir.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.