pas
passager
OBASTAN VİKİ
Dark Passage
Dark Passage – 2003-cü ildə yaradılmış Türkiyə kiberidman klubu. Ölkənin ən qədim kiberidman klubudur. "League of Legends" və "Valorant" komandaları fəaliyyət göstərir. Əvvəllər "Counter-Strike: Global Offensive", "Zula", "Point Blank", "Starcraft", "FİFA" komandaları da mövcud olmuşdur. == Tarixi == Klub 2003-cü ildə Ertuğ Okçuoğlu tərəfindən yaradılmışdır. == League of Legends == "Dark Passage" 2013-cü ildən Türkiyə Çempionluq Liqasından çıxış edir. Klub 2013 və 2014 mövsümlərində həm qış, həm yaz, həm yay turnirlərinin qalibi olaraq ardıcıl 6 çempionluq yaşamış, həmin mövsümlərin böyük final turnirlərinin də qalibi olmuşdur. Komanda 2013-cü ildə Bolqarıstanda keçirilmiş Balkan liqasının finalında Serbiya çempionu "Kalu OP" klubunu məğlub etmiş, xaricdə kubok qazanan ilk türk klubu olmuşdur. 2014-cü ildə Dünya çempionatına qatılmağa haqq qazanan ilk türk klubu olsa da, "Samsung White", "Edward Gaming" və "Ahq Esports" klubları ilə düşdüyü qrupdakı bütün oyunlarını uduzmuşdur. 2015 mövsümündən etibarən Türkiyə Çempionluq Liqası yeni formata keçmişdir.

Digər lüğətlərdə