Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900, Neyi-sür-Sen — aprel 1977, Omonvil-la-Petit, Manş) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsədə o təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, “Sözlər” və “Əhvalatlar” adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb (“Qəribə əhvalat” — 1937; “Dumanlı sahil”—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə “Tamaşa”, 1966-cı ildə “Fatras”, 1972-ci ildə “Əşyalar və başqaları”, 1980-ci ildə isə “Gecə günəşi” əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Reuven Rivlin
Reuven Rivlin (9 sentyabr 1939[…], Qüds) — İsrailin 10-cu prezidenti. == Həyatı == Reuven Rivlin 1939-cu ildə Qüdsdə anadan olub. İxtisasca hüquqşünasdı. Şimon Peres hakimiyyətinin rabitə naziri olub. == Siyasi fəaliyyəti == Reuven Rivlin 2014-cü ildəki prezident seçkilərində sağ mərkəzçi partiya olan "Likud"u təmsil edib. O, 2007-ci ildə də prezidentliyə namizəd olsa da, Şimon Peresə məğlub olub.
Tonqli Panuve
Tonqli Panuve (d. 31 may 1997) — Tonqalı üzgüçü. Tonqli Panuve Tonqanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tonqli Panuve birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.21 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 101-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Bulbophyllum breve
Bulbophyllum breve (lat. Bulbophyllum breve) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum breve növü Papua-Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Hapalochilus brevis (Schltr.) Garay & W.Kittr.
Pinus peuce
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
Vintsas Kreve
Vintsas Kreve (litvaca — Vincas Krėvė-Mickevičius), (19 oktyabr 1882[…] – 17 iyul 1954 və ya 7 iyul 1954), Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı — Mitskəviçyusdur. == Haqqında == V. Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır (nasir və dramaturq), eyni zamanda görkəmli ədəbiyyatşünas və dilçi alim, Kaunas və Vilnüs universitetlərinin professoru (1922–1943), həmçinin ictimai-siyasi xadim olaraq tanınıbdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olub (1941). V. Kreve Litva — Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin 11 ilə yaxın dövrü (1909–1920) sıx şəkildə Azərbaycanla bağlı olubdur. O, 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator universitetini bitirdikdən sonra – 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb. Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə mühüm töhfələr veribdir. Onun yetişdirmələri sırasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov və bir sıra digər şəxslər olublar. V. Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881–1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun "…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".
Vinças Kreve

Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Antuan Fransua Prevo
Antuan Fransua Prevo (fr. Antoine François Prévost; 1 aprel 1697[…] – 25 noyabr 1763[…]) — Fransa yazıçısı. Romanı "Manon Lesko" ilə daha çox tanınır.
Saccharum officinarum var. litteratum-breve
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.