Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prudenti di Morays
Prudenti di Morays (4 oktyabr 1841 – 3 dekabr 1902) — Braziliyanın üçüncü, ölkənin xalq tərəfindən seçilən ilk prezidenti. == Həyatı == Florianu Peyşotu iflic keçirdiyi üçün 23 noyabr 1891-ci ildə ölkədə növbədənkənar prezident seçkiləri təşkil edildi. Prudenti di Morays rəqibi Afonsu Pena üzərində qələbə qazandı və seçimlə hakimiyyətə gələn ilk Braziliya prezidenti oldu.
Microsoft Student
Microsoft Student - Microsoft şirkəti tərəfindən yaradılan proqramdır. Əsas tələbələr və məktəbdə oxuyan uşaqlar üçün nəzərdə tutulub. == Xüsusiyyətləri == Proqram Microsoftun yaratdığı Office proqramlarıyla inteqrasiya edib. MS Student Encarta proqram-ensiklopediya istifadəsiylə yaradılıb. Proqramda Microsoftun MS Math, on-line Encarta və digər proglar istifadə olunub. Hal-hazırda bağlanıb. Şirkət tərəfindən açıqlamada deyildi ki, bağlanmasına əsas səbəb - yerləşdirilmiş informasiyaya tələbatın az olmasıdır. Əsas rəqibi Vikipediyadır.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. == Tarixi == Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Pyer-Jozef Prudon
Pyer-Jozef Prudon (fr. Pierre-Joseph Proudhon; 15 yanvar 1809[…], Bezanson[…] – 19 yanvar 1865[…], Pasi[d]) — fransız siyasətçisi, publisist, iqtisadçı, mutiuelist filosof və sosioloq. Fransa parlamentinin üzvü və özünü anarxist adlandıran ilk şəxs idi. Anarxizmin ən nüfuzlu nəzəriyyəçilərindən biri hesab olunur. 1848-ci il hadisələrindən sonra özünü federalist adlandırmağa başladı. Marksist tənqidçiləri ona kiçik bir burjua sosialisti kimi baxırdılar. == Bioqrafiyası == Bezansonda pivə istehsalçısı işçisi ailəsində anadan olub. Gimnaziyada oxuyub, amma bitirməyib, Marseldə, Parisdə və digər şəhərlərdə mətbəələrdə işləyib və 1836-cı ildə məmləkətində öz kiçik mətbəəsini açıb. Prudon Bibliya ivrit dilini müstəqil şəkildə öyrəndi. Prudonun ilk nəşr olunan əsəri bir filoloji xarakter daşıyırdı — "Essai de grammaire générale" (Essai de grammaire générale), Prudon özünün mətbəəsində nəşr olunan Berthier əsərinə əlavə olaraq əlavə etdi — "Eléments primitifs des langues"; Daha sonra Fransa İnstitutuna dəyişdirilmiş bir ad altında təqdim etdiyi bu "Təcrübə" üçün ona fəxri bəyanat verildi.
Puent-de-Şato
Puent-de-Şato (fr. Pointe des Châteaux) — Qvadelupa adasının şərqində Qrand-Ter adasının ərazisində yerləşən yarımada. Yarımada özünün nadir fauna və florası ilə tanınır. Burada güçlü külək və dalğalar müşahidə edilir. Buranı hər il 500 000 insan ziyarət edir. == La Plyaj de Qranf Saline == Puent-de-Şato şimal-qərb qayalıqlarında uzun çimərlik yerləşir. Bu çimərlik Le-Qrande-Saline (fr. Les Grandes Salines) adlanır. Sakit şəkildə üzməyə yaramasa da ekstermal idman həvəskarlarını özünə cəlb edir.
Puent-a-Pitr (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².
Sent-Trüden
Sent-Trüden - Belçika şəhəri.