Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Psixopatiya
Psixopatiya yunan sözü olub "psyche" – beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s. qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, "patos" isə pozuntu (xəstəlik), istirab deməkdir. Psixopatiya dedikdə xasiyyətin anomaliyası və ya şəxsiyyətin patologiyası nəzərdə tutulur. 1808-ci ildə F. Pinel xasiyyət anomaliyalarını təsvir etmiş və onların psixi xəstəlik olmamasını qeyd etmişdir. S. Priçard psixopatiyaların kliniki tədqiqinin elmi əsasını qoymuşdur. O, 1835-ci ildə psixopatiyaların bir neçə formasını təsvir etmiş və onları "mənəvi havalanma" adlandırmışdır. 1891-ci ildə V. Kox xasiyyət anomaliyasının məlum olan bütün formalarını bir yerə cəmləyərək psixopatiyalaradı altında birləşdirmişdir P. B. Qannuşkin 1933-cü ildə psixopatiyaların ümumi sistematiasını yaratdı. İlk dəfə o, psixopatiyaların həyat prosesi ərzində dəyişə bilməsi fikrini söylədi və bu xəstəliyin dinamikasının qanunauyğunluqlarını şərh etdi == Kliniki əlamətləri == Psixopatiyaların diaqnozu P. B. Qannuşkin təklif etdiyi üç başlıca əlamətə əsaslanır. Xarakterioloji pozuntuların həcmli (total) olması; Həyat boyu onların az dəyişkən və davamlılğı; İctimai uyğunlaşmanın dəyişməsi. Diaqnostik səhvə yol verməmək üçün bəzən illərlə müşahidə aparmaq, şəxsin həyatını öyrənərək hərtərəfli psixoloji təhlil etmək tələb olunur.Psixopatiyaların inkişafının dinamikasında "pubertat böhran" dövrünün olmasına böyük əhəmiyyət verilməlidir.