Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Padarlı (Tikantəpə)
Padarlı (fars. بدرلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib.2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib. "Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb.
Qütb Uralı
Qütb Uralı — Ural dağlarına daxil olan dağ sistemi. Avrasiyanın şimalında, Rusiya ərazisində, dağlıq bir bölgə. Ural dağlarının ən şimal hissəsi. Bölgənin şimal sərhədi Konstantinov Kamen dağı hesab edilir və Xulqa çayı bölgəni Qütbönü Uraldan ayırır. Sahəsi təxminən 25.000 km²-dir. Silsiləni təşkil edən dağlarda daha çox yuvarlaq relyef olsa da, əsasən çılpaq qayalar və dik yamaclar görünür. == Bölgənin təsviri == Avropa və Asiyanın sərhədində, Komi Respublikası və Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yerləşir. Dünyanın hissələrinin şərti sərhədləri bölgələrin sərhədləri ilə üst-üstə düşür və əsasən Peçora (qərbdə) və Ob (şərqdə) hövzələrini ayıran silsilənin əsas suayrıcısı boyunca uzanır. Şimal yamaclarının axınının bir hissəsi birbaşa Şimal Buzlu okeanın Baydaraskaya körfəzinə düşür. Zirvələrin üstünlük hündürlüyü 800-1200 metr, fərdi zirvələri 1500 metrə qədərdir (Payer Dağı).
Padualı Müqəddəs Antoni kilsəsi (Kökşetau)
Padualı Müqəddəs Antoni kilsəsi (qaz. Әулие Энтони Падуя шіркеуі) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetau şəhərində yerləşən Roma-Katolik kilsəsi. Padualı Antoniyə həsr olunmuş kilsə Akan-Seri küçəsi (əvvəlki Proletarskaya küçəsi), 7 ünvanında, Bukpa təpəsi yaxınlığında yeləşir və neoqotik üslubda tikilmişdir. Tikili Viktor İvantskinin dizaynı ilə 1992–1997-ci illərdə inşa edilmişdir. == Tarix == Katolik icması 1960–1970-ci illərdə Sovet rejiminin zülmündən xilas olmaq üçün gizli şəkildə bir araya gəlirdi. SSRİ-nin süqutundan və ateist hökumətin hakimiyyətinin bitməsindən sonra digər xristianlar kilsələri kimi Qazaxıstandakı Katolik kilsəsnə də nisbətən normal fəaliyyət göstərməsinə icazə verildi. Kökşetaudakı Padualı Müqəddəs Antoni kilsəsi əsasən alman katoliklərinin və şəhərdə yaşayan polşa katoliklərinin ehtiyaclarına xidmət etmək üçün 6 oktyabr 1992-ci ildə inşa edilmişdir. Kilsə bölgədəki ən böyük məbədlərdən biridir.1991-ci ilin avqustundan bəri Kökşetauda ayda iki dəfə Ata Kşiştof Kurıloviç tərəfindən aparılan müntəzəm xidmətlər başladı.1992-ci ildə Qazaxıstanın Apostol idarəçisi Yepiskop Yan Pavel Lenqa yeni kilsənin inşası üçün xeyir-dua verdi. İnşaat 1992-ci ildə neoqotik üslubundakı müasir iyirminci əsr memarlığının elementləri ilə başladı. Binanın təməli 24 dekabr 1995-ci ildə qoyuldu və bu, Məsihin doğumunun böyük bayramına təsadüf etdi.2000-ci ilin iyununda kilsə evinin inşasına başlanıldı və inaşaat 30 oktyabr 2002-ci ildə başa çatdı.
Kürdalı
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.