Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pulcuqotu
Pulcuqotu (lat. Iberis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adının mənşəyi hələki təyin olunmayıb. Qədim Yunanıstanda bu bitkini İberis adlandırmışlar. Yabanı halda İberis əsasən Cənubi Avropada bitir. Müasir gülçülükdə İberis cinsinin 4 növündən istifadə olunur ki, onlardan da 2 növü birillikdir. Acı iberis (İ.amara) yabanı halda Aralıq dənizi sahillərində bitir.Hazırda bu bitkinin mədəni formaları və sortları geniş yayılmışdır. İberisin bütün mədəni formaları taclı iberis (İ.a.var.coronaria V oss) adlanır. Çətirli iberis digər növlərdən fərqli olaraq aşağı hissədə kol şəklini alır, hamaşçiçəkləri isə formalarını itirmirlər.İberisi toxumla, qələmlərlə və kolun bölünməsi ilə çoxalmaq olar. Qələmləri yayın əvvəlində kəsir və solmuş hamaşçiçəklərin yuxarı hissəsini vaxtaşırı kəsmək lazımdır.
Pulcuqlu latreya
=== Lathraea squamaria L. === Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir. Kökümsovu çox vaxt çox uzundur, budaqlanmış və ağımtıl rənglidir, lətli pulcuqlarla çox əhatə olunmuşdur. Yerüstü hissəsi nisbətən pulcuqlarla az örtülmüşdür. == Çiçək == Çiçəkləri birtərəfli salxımşəkilli çiçək qrupunda, inkişaf etməmiş xırda yarpaq qoltuğunda, qısa saplaq üzərində toplanmışdır. Tacın uzunluğu 14–17 mm olub, borucuğabənzərdir, adətən solğun-bənövşəyi və ya ağımtıl-çəhrayı rənglidir, çılpaqdır; üst dodaq bütövdür; alt dodaq üçbölümlü, qısa, küt dilimləri vardır. == Meyvə == Qutucuq şarşəkillidir, kasacığa bərabərdir. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), Qobustan, Kür- Araz oval., KQ şimal, Lənk.dağ. Ovalıqdan aşağı, nadir hallarda orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşələrdə və kolluqlarda rast gəlinir; Corylus L. və Alnus L. cinslərinin növləri üzərində parazitlik edir.
Pulcuqlu palıd
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.