Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Last Shadow Puppets
The Last Shadow Puppets — Aleks Törner (Arctic Monkeys), Mayls Keyn (The Rascals), Ceyms Ford (Simian Mobile Disco) və Zak Dauesdən (Mini Mansions) ibarət ingilis superqrupu. Qrup 2008-ci ildə The Age of the Understatement adlı debüt albomunu buraxdı. Uzun bir fasilədən sonra 2016-cı ildə geri qayıdaraq ikinci albomları Everything You've Come to Expect-i yayımladılar. == Tarixi == === Yaranması === 2007-ci ilin avqustunda NME jurnalı, Arctic Monkeys-in müğənnisi Aleks Törner və o zamanlar yeni yaradılmış The Rascals qrupunun müğənnisi Mayls Keynin, Simian Mobile Disco qrupunun keçmiş Ceyms Fordla albom istehsal etdiklərini bildirdi. Keyn əvvəlki qrupu Little Flames ilə Arctic Monkeys-in çıxışlarına dəstək olarkən Aleks Törner ilə tanış olmuşdu. Onların əməkdaşlığı Arctic Monkeys layihəsində genişləndi, qrupun ikinci albomu Favorite Worst Nightmare-dəki "505" və b-tərəfləri "Fluorescent Adolescent" "The Bakery" və "Plastic Tramp" Keynin gitara dəstəyi ilə ərsəyə gəldi. Keyn həmçinin 2007-ci ildə Arctic Monkeys-in bir neçə konsertində Lancashire County Cricket Club, yay mini-festivallarında o cümlədən Arctic Monkeys-in 2007 və 2013-cü illərdə Qlastonberidə çıxışlarında "505" və "Plastic Tramp" çıxışlarında qonaq olub. Debüt albomunu təşkil edəcək mahnıların ilkin qeydi 2007-ci ilin avqust ayının sonunda Fransada baş tutdu və həmin ilin avqust və dekabr ayları arasında əlavə material əlavə edildi. Dekabr ayında Ouen Pallett 22 nəfərlik London Metropolitan Orkestri ilə albom üçün simlər, mis və zərb alətlərinin aranjemanına təyin edildi. Albomun hazırlanması zamanı Törner və Keyn layihənin hekayəsini çəkmək üçün, sənədli film çəkiliş qrupu Lyuk Seomore və Cozef Bull-u işə götürdülər.
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi.Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. == Məzmun == Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır. Kukla-adamda artıq nir neçə şəxsiyyət pozqunluğu yaranır və Volt-Boy kuklasının onunla danışdığını fərz edir.
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları,güclənə və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən ağrılar, eyni zamanda sızıldayan, küt sancılı və s.
19 Puppis
19 Puppis, Yeni Baş Kataloqda qeydə alınmış ulduzdur. Göy üzündə Göyərtə bürcü istiqamətində yerləşir. * tipli qalaktikadır. İngilis astronomu Con Herşel tərəfindən 1836-cı ildə 47.5 sm (18.7 inç) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Dr Pepper
Dr Pepper — Dr Pepper Snapple Group, daha sonra Keurig Dr Pepperin sahibi olduğu, 1880-ci illərdə Çarlz Alderton tərəfindən istehsal edilən içki. İlk dəfə 1885-ci ildə satışa təqdim olunmuşdur. Rəngi Coca Cola ilə bənzərlik göstərir. Kalori dəyəri 150-dir.İçki 1880-ci illərdə Vako, Texasda əczaçı Çarlz Alderton tərəfindən yaradılmış və ilk olaraq 1885-ci ildə satışa təqdim edilmişdir. Dr Pepper ilk dəfə 1904-cü ildə Amerika Birləşmiş Ştatlarında satılıb və hazırda Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada da satılır. Avstraliyadan yanaşı, Yeni Zelandiya və Cənubi Afrikaya idxal edilən bir məhsuldur. == Adının tarixi == İçki adının kökləri haqqında nəzəriyyələr boldur. Adın seçilməsinin əsas səbəbi, içkinin yaradılması zamanı məşhur olan, sağlam olduğu təsəvvürünü çatdırmaq üçün məhsul adlarına Dr. daxil edilməsidir. Tez-tez istinad edilən bir nəzəriyyəyə görə, içinin adı həkimlərdən birinin adına özəl seçilib, digər nəzəriyyəyə görə Çarlz T. Morrison, Pepper üçün Morrisona ilk işini vermiş olduğu üçün doktoru şərəfinə içki içmiş olur.
Karl Popper
Ser Karl Raymond Popper (almanca: Karl Raimund Popper; 28 iyul 1902 — 17 sentyabr 1994) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin biruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi. Bunun sayəsində Karl artıq yeniyetmə ikən klassik fəlsəfə üzrə çoxsaylı əsərlərlə, habelə Karl Marks, Fridrix Engels, K. Kautski, E. Bernşteyn və sair kimi düşünənlərin sosial fəlsəfə üzrə araşdırmaları ilə tanış olmuşdur.
Paulita Pappel
Paulita Pappel (13 dekabr 1987, Madrid) — İspaniya kinoistehsalçısı və ssenaristi.
Amanda Poppe
Amanda Poppe (d. 20 iyul 1999) — Quamlı üzgüçü. Amanda Poppe Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Amanda Poppe birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.64 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Nikolay Poppe
Nikolay Poppe (rus. Никола́й (Ни́колас) Никола́евич По́ппе; 27 iyul 1897, Yantay[d] – 8 avqust 1991, Sietl, ABŞ) — Monqol; Altay və Türk dilləri üzrə tədqiqatları ilə tanınmış Rus əsilli ABŞ-lı dilçi. == Həyatı == Sankt-Peterburq Universitetində Şərq dilləri fakültəsində oxumuşdu (1916–21). SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun Mongolistika şöbəsinin müdiri olmuşdu. Akademik olaraq Monqolustan, Şərqi Sibir, Özbəkistan, Azərbaycan və Şimali Qafqaz və başqa bölgələrə araşdırma səfərlərində olmuşdu (1926–40). 1933-cü ildə, daha 36 yaşındaykən ən genc üzv olaraq SSRİ EA-na qatıldı. II Dünya Savaşı sırasında olduğu Qafqazı işgal edən almanlar üçün tərcüməçilik etdi. Almanlar geri çəkilirkən ailəsini yanına alaraq onlara qatıldı. 1943–1945-ci illər arasında Berlin Universitetində Tatarca və Monqolca dərslər verdi. 1949-cu ildə ABŞ-yə köçdü.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester, Çeşir[d] – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.
Sgt. Pepper's Lonely Hearts Club Band
Sgt. Pepper's Lonely Hearts Club Band — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Epizod 1 === "Sgt. Pepper's Lonely Hearts Club Band" – 2:04 "With a Little Help from My Friends" – 2:46 "Lucy In the Sky with Diamonds" – 3:07 "Getting Better" – 2:49 "Fixing a Hole" – 2:38 "She's Leaving Home" – 3:37 "Being for the Benefit of Mr. Kite!" – 2:39 === Epizod 2 === "Within You Without You" – 5:07 "When I'm Sixty-Four" – 2:37 "Lovely Rita" – 2:44 "Good Morning Good Morning" – 2:43 "Sgt. Pepper's Lonely Hearts Club Band (Reprise)" – 1:20 "A Day in the Life" – 5:33 == İstinadlar == == Xarici keçidlər == Sgt.
Rüppel kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. == Çoxalması == Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.