Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Qıtlıq
Qıtlıq (ing. Scarcity) — insana və bəşəriyyətə hər an mövcud olan qaynaqların məhdudluğunu, nadirliyini, çatışmazlığını, nisbi çatışmazlığını, bu qaynaqların istifadə olunduğu ödəniş üçün insanların hədsiz ehtiyacları ilə müqayisədə ifadə edən iqtisadi konsepsiya. == İqtisadiyyatın əsasları == İqtisad elminin əsasını iki vacib fakt təşkil edir: limitsiz ehtiyaclar; resursların qıtlığı. == İstehsal mənbəyi xüsusiyyətləri == Bütün iqtisadi mənbələr nadirdir, məhdud miqdarda mövcuddur. İstehsal ehtiyatlarının qıtlığı və qəti olması səbəbindən istehsalın özü məhduddur. Cəmiyyət istehlak etmək istədiyi mal və xidmətlərin bütün həcmini istehsal edib istehlak edə bilmir. == Optimal seçim problemi == İnsan bütün ehtiyaclarını mövcud qaynaqlar ilə təmin edə bilmədiyi üçün əvvəlcə hansı ehtiyacları ödəməli olduğunu seçməli, faydalarını bunları əldə etmək üçün lazımlı qaynaqlar ilə (utilitarizm) müqayisə etməli və ya mal və xidmətləri bir-birinə xüsusi fayda dəyərləri təyin etmədən müqayisə etməlidir. Hər halda, təcəssüm etdirildikləri mal və xidmətlərdən mümkün qədər çox məmnun olmaq mümkün qədər az resurs xərcləməyə qərar verilməlidir.
Qışlaq
Qışlaq (yataq) — sığırxana, yataq və yaşayış məskəni.Yaşayış məntəqələri AzərbaycandaQışlaq (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qışlaq (Xocalı) — Xocalı rayonunda kənd. Qışlaq (Laçın) — Laçın rayonunda kənd. Qışlaq (Kələxan, Lerik) — Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.Oxşar toponimlərAşağı Qışlaq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Aydınqışlaq — Qəbələ rayonunda kənd. Böyük Qışlaq — Tovuz rayonunda kənd. Kolqışlaq — Ağdam rayonunda kənd. Qımılqışlaq Qızıl Qışlaq Nohurqışlaq — Qəbələ rayonunda kənd.
Aşağı Qışlaq
Aşağı Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndi Kolanı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Qışlaq kənd Soveti yaradılmışdır. == Toponomikası == Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonimin ikinci komponenti olan qışlaq sözünü "qışlama" mənasında qəbul etmək olmaz. Çünki ərazidəki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri qışlaq üçün əlverişli deyil. Bu ad kəngərlilərin qızıl qışlaq tayfasının tirələrindən (orta qışlaq, güllü qışlaq, yazlı qışlaq, yazı qışlaq və ya düz qışlaq) birinin adı ilə bağlıdır. Aşağı Qışlaq oykonimi etnotoponim kimi "adı çəkilən tayfanın, tirənin məskunlaşdığı ərazinin aşağı hissəsi" anlamındadır. == Əhalisi == Əhalisi 916 nəfərdir.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Böyük Qışlaq
Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir. == Tarixi == === Tarixi abidələri === Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Böyük Qışlaq kənd kitabxana filialı, Böyük Qışlaq kənd Mədəniyyət Evi, Böyük Qışlaq poçt şöbəsi (AZ6019) fəaliyyət göstərir. == Təhsil == Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.
Cəliq (Qışlaq)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 16 nəfər yaşayır (6 ailə).
Dağ Qışlaq
Dağ Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Burada ilkin yaşayış XVI əsrə aid olduğu deyilir. Dağ Qışlaq kəndi Qışlaq qəsəbəsindən hündürdə yerləşdiyi üçün (kənd dağın ətəyində yerləşir) bura Dağ Qışlaq adlandırılıb. 1988-ci ilədək Xankəndi şəhərinin tərkibində olub. 1992-ci il martın 2-si kəndə hücum edilib. Hücum Xankəndidəki 366-cı moto-atıcı alay tərəfindən həyata keçirilib. Əvvəlcə şəhər istiqamətindən kəndə qradlar atılıb. Sonra isə əsgərlər kəndi tam mühasirəyə alıblar. Kənd camaatı isə onlarca kilometr qəth edərək Harov kəndinə pənah gətiriblər.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Kor qışlaq
Kor qışlaq-coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanır, otarılır.Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Orta Qışlaq
Orta Qışlaq — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Qışlaq (Culfa)
Qışlaq (fars. قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 674 nəfər yaşayır (187 ailə).
Qışlaq (Cəbrayıl)
Qışlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Qışlaq oyk., sadə. Cəbrayıl rayonunun Süleymanlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir; Xocalı rayonunun Təzəbinə inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır; Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin c.-q. yamacındadır; Lerik rayonunun Siyov inzibati ərazi vahidində kənddir.
Qışlaq (Germi)
Qışlaq (fars. قشلاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Qışlaq (Laçın)
Qışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin cənub-qərb yamacındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası və iqlimi == İki dağın arasındakı dərədə yerləşir. Kirs dağına çox yaxındır. Ətrafında sıra armudlar, qılıncdaş təpəsi yerli sakinlər arasında məşhurdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qışlaq (Lerik)
Qışlaq (Kələxan, Lerik) — Azərbaycanın Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Azərbaycanın Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Azərbaycanın Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.
Qışlaq (Loru)
Qışlaq, Jdanov — Loru mahalında qışlaq, kənd.
Qışlaq (Marağa)
Qışlaq (fars. قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 409 nəfər yaşayır (106 ailə).
Qışlaq (Miyanə)
Qışlaq (fars. قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (35 ailə).
Qışlaq (Qəzvin)
Qışlaq — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,798 nəfər yaşayır (1,215 ailə). === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Qışlaq (Sultaniyə)
Qışlaq (fars. قشلاق‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 18 nəfər yaşayır (8 ailə).
Qışlaq (Sərab)
Qışlaq (fars. قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (26 ailə).
Qışlaq (Xocalı)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.