Dağ Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Dağ Qışlaq | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Burada ilkin yaşayış XVI əsrə aid olduğu deyilir. Dağ Qışlaq kəndi Qışlaq qəsəbəsindən hündürdə yerləşdiyi üçün (kənd dağın ətəyində yerləşir) bura Dağ Qışlaq adlandırılıb. 1988-ci ilədək Xankəndi şəhərinin tərkibində olub. 1992-ci il martın 2-si kəndə hücum edilib. Hücum Xankəndidəki 366-cı moto-atıcı alay tərəfindən həyata keçirilib. Əvvəlcə şəhər istiqamətindən kəndə qradlar atılıb. Sonra isə əsgərlər kəndi tam mühasirəyə alıblar. Kənd camaatı isə onlarca kilometr qəth edərək Harov kəndinə pənah gətiriblər. Lakin kəndə ilk hücum Xankəndinin işğalından bir neçə gün əvvəl, daha dəqiq desən 25 dekabrda olub. Müharibə nəticəsində kənd 12 şəhid verib
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Yuxarı Quşçular qəsəbəsi və Vərdam kəndinin arasında yerləşir. Dəniz səviyyəsindən 2.000 metr hündürlüyündədir. Xankəndi şəhərindən 16 km şimal-şərq hissəsə yerləşir.
Əhalisinin sayı 420 nəfərdir. Əhalisi əsasən maldarlıq və xalçaçılıqla məşğul olublar.
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |