Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızdırma
Qızdırma (febiris,pyrexia) —görə təsiri termorequlyasiya pyrogens (temperatur artmasına səbəb maddələr) altında sisteminin dinamik tənzimlənməsi bədən istiliyinin müvəqqəti artması ilə xarakterizə qeyri-spesifik nümunə patoloji proses. Uyğunlaşma reaksiyası olub, orqanizmin təbii rezistentliyini yüksəldir. Yəni xəstəliyə cavab olaraq orqanizm özü bədən temperaturunu normadan yuxarı qaldırır və onu tənzim edir.Təkamüldə qızdırma yüksək heyvanların və insan orqanizminin infeksiyasına qarşı qoruyucu-adaptiv cavab olaraq ortaya çıxdı və buna görə də bədənin temperaturu artmasına əlavə olaraq, bu proses də yoluxucu patologiyaya xas olan digər fenomenlərə də malikdir.Qızdırmanın müddəti və dərəcəsi mikrobun virulentliyindən,onun aktiv vəziyyəyinin müddətindən, və orqanizmin müdafiə mexanizmlərindən asılıdır. Çox vaxt kəskin 15 günə qədər,bəzən subxroniki və xroniki qızdırma olur. 2–3gün davam edən hərarət efemer qızdırma adlanır. Lakin, temperaturun artması hər zaman qızdırma hesab edilmir. Məs:istinin əmələ gəlməsi və verilmnəsinin pozulması ilə əlaqədar olaraq bəzi istilik xəstəlikləri — istivurma,hipertireoz, atropinlə zəhərlənmə zamanı hipertermiya baş verir. Orqanizmin normal aktivliyi və ya fizioloji proseslər də temperaturu qaldıra bilər. Adətən sirkad ritmlə,yəni gün ərzində dəyişmə ilə əlaqədar bir az qızdırma qeyd edilir. Sağlam adamın temperaturu saat 18 də ən yüksək olur, gecə saat 3 də isə minimal dərəcələrə çatır.
Sarı qızdırma
Bu sarı qızdırma virusları tərəfindən törədilir.Törədici 1901 ci ildə W .Reed ,J.Carrol tərəfindən aşkarlanıb.Sarı qızdırma Afrika və Amerika qitələrində 1647 ci ildən məlumdur.Virus sferik formada olub,27–38 mkm böyüklüyündədir.Virus RNTdən,zülaldan və lipdlərdən ibarətdir.Virus 65 °C də 10 dəq yə ,1%li formalin təsirindən 1–2 günə tələf olur.Mühitin turş reaksiyasına davamsızdir.Bu viruslara meymun,ağ siçan,dəniz donuzu,kirpi və s həssasdır.Virus heyvanın daxili üzvlərində , beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30–60%hallarda ölümlə nəticələnir. Xəstəlik 2–6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4–5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Sarı qızdırmadan sağalmış şəxslər ömürlük immunitet qazanır. Diaqnoz ağ siçanda və ya hüceyrə kulturasında virusun alınmasına əsasən qoyulur.Virusun rezervuarı meymun və ya insandır.Virus ağcaqanad vasitəsilə keçirilir.Xəstənin qanını sormuş ağcaqanad 9–12 gün yoluxucu olmaqla ,bütün ömrü boyu yoluxucu qalır.Xəstəliyin endemik ocağı Cənubi Amerika,Qərbi Afrika və Hindistan hesab edilir. == Epidemiologiyası == Sarı qızdırma transmissiv xəstəlikdir.Amerikada Haemoqoqus və Aedes,Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır.Xəstəliyin 2 ocağı məlumdur.təbiət ocağı və antrapurgik (şəhər) ocağı . Təbiətdə ağcaqanad meymunlardan,gəmiricilərdən və kirpidən yoluxur.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.KRQ - A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ - miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou ( 1538 -1616) dur. Thomas Sydenham (1624-1668) 1686 ci ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812 ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18 ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760 ci illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778 ci ildə bunu nəşr etdirmişdir. 1809 cu ildə David Dundas ürək xəstəliyindən ölən 9 revmatizm xəstəsindən 6 sını təşrih etmişdir və hamısında ürəyin genişləndiyini, birində perikardiyal mayedə artım olduğunu və bəzilərində perikardın ürəyin səthinə yapışıq olduğunu müşahidə etmişdir.
Qıcqırma
Qındırğa
Qındırğa — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qındırğa kəndində milli tərkibi muğallardan ibarət 14 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 25 təsərrüfatda hər iki cinsdən toplam 117 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Qındırğa oyk., sadə. Qax r-nunun Zəyəm ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonimin mənası dialekt materiallan əsasında izah olunur. Azərbaycan dilinin qərb və şimal dialekt və şivələrində qındırğa sözü “susuz yerdə bitən tikanlı ot'* mənasında işlənir. Yəqin ki, bu kəndin ətrafında çoxlu qındırğa bitkisi varmış.
Qındırğa bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Donuz kimi qışqırma çempionatı
Donuz kimi qışqırma çempionatı — Qeyri-adi yarış növü Fransanın kiçik bir qəsəbəsində hər il reallaşdırılan bu yarışmada Dünyanın ən qəribə yarışmaları yarışmacılar mikrofondan bir donuz kimi qışqırır. Əvvəl bir donuzun qışqırmasını dinlədilən yarışmacılar Dünyanın ən qəribə yarışmaları eşitdikləri səsin bənzərini çıxarmağa çalışaraq çempion olmağa çalışır.
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti,eyni zamanda,Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı.Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər.Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın,daha doğrusu,qohum olan sabir tayfaları yaşayırdılar.Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi.Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi.Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək,mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə - IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi.Əvvəlcədən onu qeyd edək ki,Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri,uğur qazanmamışlar.Məlum ideyanı irəli sürən müəlliflər Mehranilər sülaləsinin banisi Mehranın (570-590) Sasani şahı II Xosrova qohum olduğuna işarə vurmaqla bu sülaləni farsmənşəli hesab etmişlər.Məsələ ondadır ki, Mehranilər sülaləsi zaman-zaman gah Bizans,gah da türk meylli siyasət yürütmüşlər.Ən əsası isə Girdman knyazlığının qədim oğuz yurdu – Albaniyada yaranmasıdır.Yuxarıda da qeyd etdiyimiz kimi burada yaşayan əhalinin əsas hissəsini-nüvəsini Azərbaycan türkləri təşkil etdiyinə görə Girdiman knyazlığını yaradanların fars olduğunu düşünmək düzgün olmazdı. Yarandığı ilk zamanlarda knyazlıq kiçik ərazini əhatə etsə də, sonralar – Mehranilərin ən görkəmli nümayəndəsi Cavanşirin (642-681) hakimiyyəti illərində genişlənərək İberiya (Gürcüstan) sərhədlərindən Araz çayına və Dərbəndə qədər çatırdı.Mülahizələrə görə Girdiman qalasını Mehranın nəticəsi cəsur Vardan (600-615) tikmişdir. Qeyd edək ki, VII yüzilliyin əvvəllərində Azərbaycan şimaldan gələn xəzərlərin, ortalarına yaxın isə cənubdan ildırımsürətli ərəblərin hücumlarına məruz qalırdı. Girdiman hökmdarı Varaz Qriqorun oğlu Cavanşir təlatümlü belə bir dövrdə taxt-tacı qəbul etməli oldu. Cavanşir dövrünün uzaqgörən dövlət xadimi, səriştəli, qorxubilməz bir sərkərdə idi. Ərəb-Sasani müharibələrində Sasanilər tərəfində vuruşaraq qəhrəmanlıqlar göstərmiş, 636-cı ildə baş vermiş Kadisiyyə döyüşündə şücaətlə seçilmişdi. Hətta sasani şahı II Yezdəgerd ona qiymətli hədiyyələr – qızıl kəmər, qızıl dəstəkli qılınc vermiş, başına gözəl qızıl tac qoymuşdur.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Vitis girdiana
Vitis girdiana (lat. Vitis girdiana) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.