Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızılqaz
Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. == Çoxalması == Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.
Adi qızılqaz
Adi qızılqaz (lat. Phoenicopterus roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Kiçik qızılqaz
Kiçik qızılqaz (lat. Phoeniconaias minor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Qırmızı qızılqaz
Qırmızı qızılqaz (lat. Phoenicopterus ruber) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Qızılqaz (1972)
== Məzmun == Psixoloji kinopovest Xəzərin sahilinə yaxın yerləşən Sara adasının əsrarəngiz təbiətindən, buradakı sakinlərin məşğuliyyətindən, məişətindən, adət-ənənələrindən, təzadlı mənəviyyatlarından bəhs edir. İctimai-mənəvi problemlərə toxunan bu kinolent adanın balıqçılıq qəsəbəsinin həyatının bir neçə günü haqqında danışır. == Film haqqında == Filmin titrləri: Dörd tərəfdən dənizlə əhatə olunmuş torpaq parçasına ada deyilir (coğrafiya dərsliyindən). Film aktrisa Törəxanım Zeynalovanın kinoda son işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Əli Qafarov Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Vladimir Savin Rejissor: Akif Rüstəmov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: V. Arapov Montaj edən: Tamara Nərimanbəyova Quraşdırılmış səhnələrin operatoru: Vaqif Muradov (V. Muradov kimi) Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Səməd Lazımov, Nicat Feyzullayev, Esmira İsmayılova Operator assistenti: Amin Novruzov, İ. Kopanets, Vaqif Bağırov Rəssam assistenti: Tamilla Dağıstanlı Redaktor: Ədhəm Qulubəyov Dirijor: Nazim Rzayev Filmin direktoru: Bəşir Quliyev Məsləhətçi: İlyas Hüseynov === Rollarda === Həsən Məmmədov — Fərman Şükür Bürhanov — Ağabala Tofiq Tağızadə — sədr Teymur Muxtarov Leyla Şıxlinskaya — Şəfiqə Həsənağa Turabov — Fazilov İvan Rıjov — Yakob Mitroşin Sadıq Hüseynov — Əlihüseyn Şahmar Ələkbərov — Rizvan Rafiq Əzimov — Gündüz Məmmədrza Şeyxzamanov — Mahmud T. Ksenofontova — Qora C. Ağayev Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Validə Rafiq Kərimov Sadıq Həsənzadə — Nuru Əminə Nağıyeva S. Aslanova Sədayə Mustafayeva — Şəfiqənin anası Törəxanım Zeynalova — Əlihüseynin bacısı Eldar Əzimov E. Paşayev E. Məmmədov Lyudmila Duxovnaya Abbas Rzayev Süleyman Ələsgərov — kənd sakini İlham Namiq Kamal — bufetçi Əli Tariyel Qasımov — telemüxbir === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Şəfiqə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur) Səməndər Rzayev — Muxtarov (Tofiq Tağızadə) (titrlərdə yoxdur) Yusif Vəliyev — Ağabala (Şükür Bürhanov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Mitraşin (İvan Rıjov) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246; 414.
Qızağan
Qızağan Xan — türk və altay mifologiyasında döyüş tanrısı. Kızığan da deyilir. Göyün doqquzuncu qatında yaşayır. Kayra Xanın oğludur. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni yenmekte komandirlərə köməkçi olar. Qırmızı yularlıdır, qırmızı buğra kürəyində oturar. Asası göyqurşağıdır. Qırmızı rəng ilə işarələniyər. Döyüşçüləri qoruyar.