Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəhqəhə qalası
Qəhqəhə qalası (Qah Qah Qalası) — İranın Meşkinşəhr (Xiyav) ilə Qaradağ vilayəti arasında tarixi qala. == Tarixi == Meşkinşəhrin hər daşının, torpağının altından mütləq Azərbaycan tarixinə məxsus bir abidə çıxır. Arxada gördüyümüz bu qala tarixdən bizə yaxşı məlum olan Qəhqəhə qalasıdır. Babək dövründə müdafiə məqsədi ilə istifadə edilən bu qala Səfəvilər dövründə zindana çevrilib. Qalada həmçinin sultanların xəzinəsinin gizlədildiyi deyilir. Bu yolu çıxmaq isə çox çətindir. Qədimdə adət imiş. Əzizi, oğlu, qardaşı olsa belə, sultanlar taxta real təhlükə gördükləri insanı ya zindana saldırar ya da qətlə yetirərmiş. Qəhqəhə qalası da Şah İsmayılın nəvəsi II İsmayılın 19 il burada saxlanılması ilə məşhurdur. Qəhqəhə qalasını təkcə I Şah Təhmasibin öz oğlunu burada saxlaması məşhurlaşdırmayıb, bura həmçinin özünün qeyri-adi zindanı ilə məşhurdur.
Həsən ibn Qəhtəbə
Həsən ibn Qəhtəbə()-Xilafət dövründə Azərbaycan valisi == Həyatı == Əl-Həsən ibn Qəhtəbə Azərbaycanda iki dəfə vali olub: xəlifə əs-Səffahın vaxtında və 770-ci ildən 775-ci ilədək. Əl-Bəlazuri xəbər verir ki, (səh. 210), "bu həmin əl-Həsəndir ki, onun adına Beyləqandakı Həsənçayı (arxı), Bərdədəki "Həsən bağı" adı ilə tanınmış bağ və "əl-Həsəniyyə" kimi məĢhur malikanə aiddir (və huva əlləzi nəsəbə ileyhi nəhr əl-Həsən bil-Beyləqan vəl-bağ əlləzi yirafu bi-bağ əl-Həsən bi-Bərdə vəd-diya əl-mərufa bil-Həsəniyyə) Həsən ibn Qəhtəbədən sonra Azərbaycanda Osman ibn Əmmara ibn Huraym (775-777-ci illərdə) bir-birinin ardınca və Bistam ibn Əmr ət-Təğlibi (777-778-ci illərdə) vali olmuşlar. Abbasilərin üçüncü xəlifəsi əl-Mehdinin vaxtında (775-785) Azərbaycanın və bütün qərbdəki torpaqların valisi əl-Mehdinin oğlu Harun ər-Rəşid (778-786) olmuşdur.
Gərgərə (Çaldıran)
Gərgərə (fars. گرگره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (11 ailə).