QƏHƏTLİK
QƏHRƏMAN
OBASTAN VİKİ
Qəhqəhə qalası
Qəhqəhə qalası (Qah Qah Qalası) — İranın Meşkinşəhr (Xiyav) ilə Qaradağ vilayəti arasında tarixi qala. Babək dövründə müdafiə məqsədilə istifadə edilən bu qala Səfəvilər dövründə zindana çevrilib. Qalada həmçinin sultanların xəzinəsinin gizlədildiyi deyilir. Bu yolu çıxmaq isə çox çətindir. Qədimdə adət imiş. Əzizi, oğlu, qardaşı olsa belə, sultanlar taxta real təhlükə gördükləri insanı ya zindana saldırar ya da qətlə yetirərmiş. Qəhqəhə qalası da Şah İsmayılın nəvəsi II İsmayılın 19 il burada saxlanılması ilə məşhurdur. Qəhqəhə qalasını təkcə I Şah Təhmasibin öz oğlunu burada saxlaması məşhurlaşdırmayıb, bura həmçinin özünün qeyri-adi zindanı ilə məşhurdur. Qala Meşkinşəhrdən təxminən 85 kilometr uzaqda yerləşir. Dağın ətəyindən tam orta hissəyə kimi daşlardan pillələr düzülüb.

Digər lüğətlərdə