Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələvilik
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.
Vüqar Çələbili
Vüqar Fərəcullah oğlu Çələbili (30 aprel 1993; Nehrəxəlil, Ağdaş rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Çələbili 30 aprel 1993-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə Ləki qəsəbə tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Vüqar Çələbili 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüqar Çələbili 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüqar Çələbili 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməyib və tapıldıqdan sonra 14 dekabr 2020-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Çələbili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Vüqar Çələbili ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Çələbili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Çələbili ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Çələbili ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüqar Çələbili Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. == Xatirəsi == 30 aprel 2021-ci ildə Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndindən keçən hissəsində və Ləki qəsəbə tam orta məktəbinin qarşısında Vüqar Çələbilinin adına inşa edilən xatirə bulaqlarının açılışı olmuşdur.
Qələmli (Xudafərin)
Qələmli (fars. قلملو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (4 ailə).
Qələvi metallar
Qələvi metallar - Elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metallardır. Fransium xaricində hamısı, yumşaq quruluşda və parlaq görünüşdədir. Asanlıqla əriyə bilər və uçucu hala keçə bilərlər. Nisbi atom kütlələri artdıqca, ərimə və qaynama nöqtələri da eniş göstərir. Digər metallara müqayisədə, öz kütlələri də olduqca aşağıdır. Hamısı da, reaksiyalarda aktivdir. Ən yüksək əsas enerji səviyyələrində bir tək elektron daşıyırlar. Bu elektronu çox asan itirərək +1 yüklü ionlar meydana gətirə bildikləri üçün, qüvvətli reduksiyaedicidirlər. İstilik və elektriki çox yaxşı çatdırırlar. Suyla qarşılıqlı təsirləri çox güclüdür, suyla reaksiya nəticəsində hidrogen qazı ortaya çıxarırlar.Qələvilərə aiddir: LiOH, NaOH, Ca(OH)2 == Xarici keçidlər == "Group 1: The Alkali Metals".
Qələvi-torpaq metal
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Qələvi torpaq metalları
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Nikolas Gelaşvili
Nikolas Gelaşvili (gürc. ნიკოლოზ გელაშვილი; d. 5.8.1985, Telavi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı hücumçu. Gürcüstan millisinin oyunçusudur. == Karyerası == Nikolas Gelaşvili karyerasına Gürcüstanın VİT Corciya klubunda başlayıb (2003-2004, 6 oyun). Daha sonra Kaxetidə (2004-2005, 28 oyun, 8 qol) çıxış edən Gelaşvili 2005-ci ildə VİT Corciyaya dönüb (2005-2007, 51 oyun, 25 qol). 2008-2012-ci illərdə Zestafoninin əsas (105 oyun, 63 qol) və əvəzedici komandasında (3 oyun, 1 qol) çıxış edən forvard 2012-ci ildə Almaniyanın Bohum klubuna keçib və II Bundesliqada 25 oyunda 2 qola imza atıb. O, bundan başqa Bohumun ikinci komandasının heyətində Regional Liqada 2 oyuna çıxıb. 2013-cü ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb.2007-ci ildə Qətərlə oyunda Gürcüstan milli komandasında debüt edib.