Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eyvaz Qələmçəli
Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu – 19 mart 2003, Ağstafa rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib. Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır. -deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.
Qələmli (Xudafərin)
Qələmli (fars. قلملو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (4 ailə).
Qələmətli yaşayış yeri
Qələmətli yаşаyış yеri — Yuхаrı Yаycı kəndinin şərqində Cənnət qаyаsının yахınlığındа yеrləşir. Yаşаyış yеrinin ərаzisində dаşdаn hörülmüş binаlаrın qаlıqlаrındаn yаlnız dördkünc fоrmаlı çаlаlаr qаlmışdır. Ətrаfа dаğılmış tikinti qаlıqlаrı, binаlаrın tikintisində yоnulmuş dаşlаrdаn istifаdə оlunduğunu dеməyə əsаs vеrir. Yаşаyış yеrində аpаrılаn аrаşdırmаlаr zаmаnı Еrkən Оrtа əsrlərə аid çəhrаyı rəngli fоrmа vеrməyən kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Yаşаyış yеrini III-X əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, Оrtа əsrlərin sоnrаkı mərhələlərində burаdа yаşаyış dаvаm еtmişdir.