QƏLSƏMƏ

is. [ ər. ] zool. Su heyvanlarında (balıqlarda, xərçənglərdə, molyusklarda və s.) xarici tənəffüs üzvü. Balıqlar qəlsəmələri ilə tənəffüs edirlər.
QƏLPLİK
QƏLSƏMƏLİ
OBASTAN VİKİ
Qəlsəməayaqlılar
== Ümumi xarakteristikası == Sinfin 1500 növü var. Bu qrupa aid canlılar ən qədim və primitiv xərçəngkimilərdir. Onların bəziləri (artemiya, dafniya) geniş öyrənilmiş və akvarium balıqçılığında yem kimi istifadə edilir. Bütün ətraflar nisbətən oxşar olub eyni zamanda bir neçə funksiya həyata keçirir. Qəlsəməayaqlılar bütün ayaqlarını vahid ritmdə hərəkət etdirməklə üzür, çoxsaylı kirpikciklər isə sudakı qida hissəciklərini filtrasiya edir. Qəlsəməayaq bütün pəncələri ilə geriyə doğru təkan verdiyi zaman qida su axını vasitəsilə onun ağzına doğru hərəkətedir. Bu ətraflar eyni zamanda qəlsəmə rolunu oynayıb suyu nazik kutikuladan keçirərək oksigeni udur.
Qəlsəməçənəlilər
Qəlsəməçənəlilər (lat. Acanthodii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Haqqında == Qəlsəməçənəlilər köpək balığına bənzəyən nəsli kəsilmiş balıqlardır. Akantodlar bədəni, köpək balıqlarından fərqli olaraq, bir-birinə sıx birləşən qanoid tipli zirehəbənzər pulcuqlarla örtülü­dür. Gec silur – gec perm.

Digər lüğətlərdə