Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qətliam
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Qatlar
Qatlar (himnlər, nəğmələr) - Avestanın ən qədim və mürəkkəb hissəsi. Alimlər "Qat"ların məzmununun çox emosional və "insani" ruhda olduğunu qeyd edirlər. Güman edirlər ki, Qatlarda insanın səsi eşidilir və hərdənbir "müəllifin fərdiliyi aydın şəkildə hiss olunur" [E.E.Bertels]. Adətən Zərdüştün (Zaratuştra, Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən qədim zamanlardan indiyədək zərdüştilik təliminin ən müqəddəs mərasimlərindən biridir. Qeyd etmək lazımdır ki, "Qat"lar Avestanın ən çətin anlaşılan qismidir. Qətiyyətlə demək olar ki, bizdə tərcümə variantlarının miqdarı qədər müxtəlif "Qatlar" mövcuddur [İ.M.Dyakonov]. Belə hesab etmək məqbuldur ki, şübhəsiz, "Avesta"da "Qatlara" nisbətən daha qədim fraqmentlər olsa da, "Qatlar" "Avesta"nın çox qədim hissəsidir. Bunu hər halda Yaştların, habelə Yəsnanın bəzi hissələrinə münasibətdə də iddia etmək olar.
Qotlar
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. == Kökləri == Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur.Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Qolkar Partiyası
Qolkar Partiyası və ya Funksional Qruplar Partiyası (ind. Partai Golongan Karya) İndoneziyada siyasi partiyadır. 1964-cü ildə Sekber Qolkar (Sekretariat Bersama Golongan Karya, Funksional Qrupların Birgə Katibliyi) kimi quruldu və ilk dəfə 1971-ci ildə Qolkar (Golonqan Karya, Funksional Qruplar) kimi iştirak etdi. O ərəfədə Qolkar bir siyasi partiya deyildi. 1999-cu ildə məcburi yeni seçki qanunu ilə qruplar özünü siyasi partiya kimi müəyyənləşdirdi. Qolkar 1971-ci ildən 1999-cu ilə qədər İndoneziyada hökumət qrupu idi, Prezident Suxarto və Buharuddin Yusuf Habibi, daha sonra prezidentlər Abdurrahman Vahid, Meqavati Sukarnoputri və Susilo Bambanq Yudhoyono rəhbərliyindəki iqtidar koalisiyalarına qoşulur.İndoneziya Demokratik Mübarizə Partiyasından prezident Coko Vidodo 2014-cü ildə seçildiyi zaman, Qolkar əvvəlcə keçmiş general Prabovo Subianto rəhbərliyi ilə keçmiş müxalifət koalisiyasına qoşulub, lakin 2016-cı ildə Vidodonun hökumətinə bağlılığını bildirdi.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. == Tarixi == 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən rus-fars müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olmuş vətənlərinə qayıtmaq üçün kömək istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.