Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlinqaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Gəlinqaya (Daşkəsən)
Gəlinqaya — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Gəlin qayası adlı dağın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gəlinqaya kənd kitabxana filialı, Gəlinqaya kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Gəlinqaya (Kövsər)
Gəlinqaya (fars. قالين قيه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (30 ailə).
Gəlinqaya (Mərənd)
Gəlinqaya (fars. گلين قيه‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,461 nəfər yaşayır (29 ailə). Kəndin əhalisinin hamsı Azərbaycan türkcəsində danışır.
Gəlinqaya (Şahbuz)
Gəlinqaya — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin сənub-qərb yamacında yerləşir.– (hünd. 2876,0 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Naxçıvançayın sağ qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Üst Pliosen yaşlı andezit-dasit tərkibli subvulkanik günbəzvari çıxıntıdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının şimal-qərb seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gəlinqaya (Şərur)
Gəlinqaya — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuş kəndindən 3,5 km şimal-şərqdə, Qabaqlıçayın mənbə hissəsində, Salvartı gölünün şərqində dağ (hünd. 2680,0 m). Günvəzvari formadadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen süxurlarından təşkil olunmuş qayalıqdır. Cənub yamacında Üst Tabaşirin terrigen-karbonat süxurları açılır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən ikincidərəcəli eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.