Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Şaquli enmə-qalxma
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Qaraməryəm-Padar neotektonik qalxımı
Qaraməryəm-Padar neotektonik qalxımı Acınohur dağətəyi zonasının şərq qurtaracağında yerləşir və relyefdə bilavasitə əksini tapmış, pleystosen süxurlarının yaratdığı cavan antiklinal qalxım olaraq, Girdimançay çayının Kür çökəkliyinə çıxdığı sahədə qollarının yaratdığı və “padar pəncərələri” kimi tanınan antesedent vadilər vasitəsilə bir neçə hissəyə eninə parçalanmışdır. Qalxım cənuba çevrilmiş iki antiklinal qırışıq və onları ayıran ensiz sinklinalla təmsil olunur və alp tektogenezinin ən cavan pasaden (orta-gec pleystosen) fazasında formalaşmışdır.
Dafne Karuana Qalizia
Dafne Anna Karuana Qalizia (malta Daphne Caruana Galizia; 26 avqust 1964, Slima[d] – 16 oktyabr 2017, Bidniya[d], Malta) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.