Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qapıçay
Qapıçay — Qax rayonu ərazisində çay. Qanıxçayın sol qoludur. Əslində çayın adı Qapaçaydır. Qədim türk dillərindəki qapa (hündür, yüksəyə qalxmış) sözündən və çay terminindən ibarətdir. Ehtimal ki, "yüksəklikdən, hündürdən axan çay" mənasındadır.
Qaraçay
== Çaylar == Qaraçay (Zaqatala) — Zaqatala rayonunda çay. Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qara çay (İran) — İranda çay. Qaraçay — Dəvəçi rayonunda çay. Ataçayın sol qoludur Qaraçay — Goranboy rayonu ərazisində çay. Qaraçay — Qax rayonu ərazisində çay. Qaraçay — Qəbələ rayonu ərazisində çay. == Yaşayış məntəqələri == Qaraçay (qəsəbə, Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qaraçay-Çərkəz Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. == Digər == Qara çay — xüsusi çay növü olub, Oolonq, yaşıl və ağ çaylardan daha çox oksidləşmiş.
Qarışqa
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Digər tərəfdən koloniyaya yaxınlaşan bir təhlükə seziləndə, fərqli quruluşda diqqət qoxuları ifraz edilməkdə, təhlükə digər fərdlərə dərhal bildirilərək çox qısa müddətdə həmin yer tərk edilməkdədir. == Qarışqa inqulinləri == Kəpənək növlərindən Aloeides dentatisin birinci və ikinci dövr sürfələri sərbəst yaşarkən, üçüncü dövrdən altıncı dövrə qədər olan daha inkişaf etmiş sürfələri, bir qarışqa növü olan Akantolepis kapensisin yuvalarında yaşamaqdadır. Koloniyaya daxil olan kəpənək sürfələri gün boyunca yuvada qalır və gecə bəslənmək üçün yuvanı tərk edirlər. Çox fərqli bir qrupdan olmaqlarına baxmayaraq qida axtarma gəzintisində qarışqalar, kəpənək sürfələrinə özlərindən ayırmadan yoldaşlıq edir və eyni zamanda düşmənlərinə qarşı qorunmaqda kömək edirlər.
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. == Əhalisi == === Tanınmışları === İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qamçıqay (Xudabəndə)
Qamçıqay (fars. قمچقاي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (80 ailə).
Qamçıqay (İcrud)
Qamçıqay (fars. قمچقاي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 434 nəfər yaşayır (115 ailə).
Qaraçaqay xan
Qaraçaqay xan (v. 1625) — erməni əsilli Səfəvi sərkərdəsi. Böyük çini kolleksiyası və I Şah Abbasa sədaqətli xidməti ilə tanınırdı. Qaraçaqay xan gürcü üsyançılarına qarşı ekspedisiyaya komandanlıq edərkən öldürüldü. == Karyera == İrəvanda xristian bir erməni olaraq anadan olmuş Qaraçaqay uşaqlıqda qul olmuş və bir qulam olaraq böyüdülmək üçün Səfəvi sarayına gətirilmişdir. Karyerasına şah dərzilik emalatxanasında başlamış və tezliklə Səfəvi ordusunda artilleriya zabiti kimi fərqlənmişdir. 1605-ci ildə silahlı alaya rəhbərlik edən Qaraçaqay bəy eyni zamanda əslən gürcü mənşəli bir qulam olan Allahverdi xanın komandanlığı altında I Abbasın Təbriz yaxınlığındakı Sufiyanda Osmanlı qüvvələri üzərində qələbəsinə töhfə verdi. Səfəvi ordusu və idarəsindəki karyerası boyunca Qaraçaqay 1610-cu ildə Şah Abbasa hədiyyə etdiyi qiymətli çini kolleksiyasını topladı. Qısa müddətdən sonra Qaraçaqaya muqarab al-hazrat ("ali həzrətin yaxını") adı verildi,bu ad Şahın yaxın yoldaşları üçün ayrılmışdır. 1616-cı ildə xan titulunu aldı və Səfəvi ordusunun baş komandanı təyin edildi.
Atom Qarışqa
Atom qarışqa — 1965-ci ildə Hanna-Barbera tərəfindən yaradılan cizgi film obrazı. Cizgi film 1990-cı və 2000-ci illərdə yenidən "Cartoon Network" və "Boomerang"da yayımlanmışdır. == Bioqrafiya == Atom qarışqa kompüter və idman avadanlığı kimi əşyalarını yerləşdirdiyi yuvasında yaşayan super qəhrəman qarışqadır. Əsas qabiliyyətləri uçmaq, süper sürət, inanılmaz güc və dözümlülükdür. "Yuxarıya, Atom Qarışqa" onun şüarıdır. O, ona tapşırıqlar verən polis rəisiylə tez-tez əlaqə saxlayır. Başlanğıcda Hovard Morris tərəfindən, daha sonrakı bölümlərdə isə Don Messik tərəfindən səsləndirilmişdir.Atom Qarışqanın bəzi missiyaları Betmenin missiyalarını parodiya edir. Polislər əksər polis işlərini tez-tez Atom Qarışqaya həvalə etdiklərindən izləyicilərə bacarıqsız və yetərsiz olaraq təqdim olunurlar. Atom qarışqa, macəralarında dəli professor Von Qimmik, Vəhşi Birə (o da Don Messik tərəfindən səsləndirilmişdir) və s. kimi təkrarlanan mənfi personajlarla mübarizə aparır.
Buldoq-qarışqa
Buldoq-qarışqa (lat. Myrmecia) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Qapıçay (Qax)
Qapıçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə kərpic zavodunun fəhlələri üçün salınmışdır. Qəsəbə Qapıçayın mənbəyində yerləşdiyinə görə həmin çayın adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın mənbə hissəsində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə hər iki cinsdən toplam 340 nəfər əhali yaşayır.Kənddə (1 ailə istisna olmaqla) özünü pars adlandıran qaraçılar yaşayır. == İqtisadiyyatı == Kənddə 74 təsərrüfat mövcuddur.
Qapıçay (dəqiqləşdirmə)
Qapıçay — Qax rayonu ərazisində çay. Qapıçay (Qax) — Qax rayonu ərazisində kənd.
Qaraçay-Cek
Qaraçaycek — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikası Xaçmaz rayonunun cənub qərbində əsası IX əsrin sonları XX əsrin əvvəli əsası Quba rayonu Cek kəndindən köçmüş bir neşə ailə tərəfindən qoyulmuş bir kənddir. 150 ildən artıq tarixə malik olan 560 nəfər əhalinin məskunlaşdığı Qaraçaycek kəndi rayon mərkəzi Xaçmazdan 14 km-lik məsafədə yerləşir.
Qaraçay-Çerkesiya
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. == Tarix == Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. == Siyasi quruluşu == Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. == Tarix == Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. == Siyasi quruluşu == Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay (Qanıx)
Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir. Muxaxçaydan suvarma işlərində istifadə edilir.
Qaraçay (Quba)
Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qaraçay (qəsəbə, Quba) — Quba rayonunda qəsəbə.
Qaraçay (Zaqatala)
Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir. Muxaxçaydan suvarma işlərində istifadə edilir.
Qaraçay (İran)
Qaraçay, İranın Mərkəzi ostanında çay. Başlanğıcını Zaqros dağlarında, Ərakın cənubundakı Şahzənd dağından götürür və şimala axır, sonra Kuhrud silsiləsinin ən şimal-qərb qurtaracağından burularaq şərqə axır və Dəryaçeyi-nəmək duzlu gölünə tökülür. Çayın qaynağı bol rutubətli təxminən 2000 m yüksəklikdədir. Bu ərazidə dəmyə əkinçilik geniş yayılıb. Savə ərazisində Qaraçayın vadisi 40 km çatır. Yay vaxtı su axımı orta axarında kəsilir. Dəryaçeyi-Nəmək gölünə qədər su ancaq, maksimum yağıntılı qışda çatır.
Qaraçay bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçay kanyonu
Qaraçay kanyonu Qudyalçay kanyonundan şərqdə yerləşir və ölçülərinə görə ondan geri qalsa da, faktiki olaraq, şimal-şərqi Azərbay­canın təbiətində insan əli dəyməmiş adacıq kimi qalmaqdadır. Mərmər­ləş­miş əhəngdaşılarından təşkil olunmuş Cərəkə-Cəngizur ön silsiləsini ensiz hissəsində kəsən kanyon uzanaraq həm də dirsəyəbənzər əyilmış formaya malikdir. Kanyonun ən dar hissəsində keçmişdə dağ kəndlərinə və Şimal-Şərqi Qafqaz aşırımlarına aparan keçidi qoruyan orta əsr qalasının xarabalıqları qalmaqdadır.
Qaraçay olistrostromu
Qaraçay olistrostromu Rük kəndindən 2 km şimalda, çay dərəsinin hər iki sahili və yamaçlarında üzə çıxır və Cənubi-Şərqi Qafqazın şimal döşünün alt təbaşir “vəhşi” flişinin avtoxton argillitlərində stratifikasiya olunmuşdur. Olistostrom Siyəzən yarığı zonasında tektonik aktivliyin paroksizm anında Şahdağ-Beşbarmaq sədd rifinin ön hissəsinin uçma məhsuludur və özlüyündə Ağçay-Nəzirçay çayarasında 11–12 km uzanan sərt yatımlı (80o-yə qədər) monogen əhəngdaşı konqlomerat-brekçiyasından ibarət qalın (60–70 m) laya cavab verir.
Qaraçay qoyunu
Qaraçay cins qoyunu — cod yunlu qoyun növünün ən qədim cinslərindən biridir. Qoyunların vətəni Kuban çayının mənbəyində yerləşən yüksək dağlıq ərazi Qaraçay ərazisidir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nəşrində (Moskva: 2015) "İstifadəsi üçün təsdiqlənmiş Damazlıq Nailiyyətlərinin Dövlət Reyestri"ndə Qaraçay qoyun cinsi 9354024 nömrəsi siyahıya alınmışdır (yaradıcılar # 296, 5670, 14214).. Qaraçay cinsindən olan qoyunların yetişdirilməsi üçün ənənəvi bölgələr Şimali Osetiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz torpaqlarıdır. Ətlik,yunluq,südlük qoyunlardır. İl boyu otlaqlarda otarılır. == Qoyun cinsinin tarixi == Qaraçay qoyun cinslərinin yetişdirilmə vaxtı məlum deyil, lakin XIX-XX əsrlərin əvvəllərində geniş tanındı və əvvəllər bilinsə də Qafqaz bölgəsinin hüdudlarından kənara çıxaraq daha çox məşhurlaşdı. Bu ərazidə macarların əcdadlarının izlərini tapmaq üçün 1829-cu ildə Şimali Qafqaza səyahət edən Macarıstanlı alim Jan-Şarl de Bess qeyd edri: “Qaraçaylar gözəl cins atlar yetişdirməklə yanaşı, çox sayda cins öküz və qoyun da saxlayırlar. Bir qayda olaraq, sakinlər quzu əti yeyirlər; çox keyfiyyətli kərə yağı və pendir də hazırlayırlar."Q. İ. Fillipsonun qeyd etdiyi kimi, “səyahətlərim zamanı, onların obalarında tez-tez gecələyib, istirahət etdim və çobanların bizə verdiləri ziyafətlərdə kabab yedim. Qaraçay quzusu ən yaxşı dana ətindən dadlıdır və xüsusi bir ləzzətə malikdir, yəqin ki, aralarında çoxlu ətirli dağ çiçəklərinin də olduğu dağların otları ilə bəslənirlər.
Qarışqa-adam
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. == Nəşr olunma tarixi == Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
Qarışqa turşusu
Qarışqa turşusu (CH2O2, sistematik adı: metan turşusu) — doymuş birəsaslı karbon turşusunun homoloji sırasında yerləşən ilk nümayəndəsidir. == Fiziki xassələri == Normal şəraitdə qarışqa (formiat) turşusu rəngsiz maye olub, kəskin iylidir və 1010C-də qaynayır. Dəriyə düşdükdə yanıq əmələ gətirir. İnsan orqanizmində zəhərlənmə yaradır. Qarışqa turşusu suda yaxşı həll olur. Su ilə istənilən nisbətdə qarışır. == Kimyəvi xassələri == Qarışqa turşusu karbon turşularının ümumi kimyəvi xassələrinə malikdir. Onun duzları formiatlar adlanır. Homoloji sırada o, ən yüksək reaksiyayagirmə qabiliyyətli və ən qüvvətli turşudur. Dissosiasiya dərəcəsinə görə o, fosfat turşusuna yaxındır.
Qaraçay rayonu
Qaraçay rayonu (abq. Къарча район, kab.-çərk. Къэрэшей район / Къэрэшей куей, qaraç.-balk. Къарачай район, noq. Карашай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qaraçayevsk şəhəridir (rayon ərazisinə daxil deyildir). == Coğrafiyası == Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimal-şərqdə Maloqaraçaevsk rayonu, şərqdə Kabarda-Balkariya Respublikası, cənubda Gürcüstan, şimalda Ust-Cequtinski, qərbdə Zelençuk rayonu. Rayonun ərazisi 3917,24 km²-dir (2010-cu ildən bəri). Rayon respublikanın dağlıq hissəsində Baş Qafqaz və Skalistı silsilələri arasında yerləşir.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..