Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabatdaq
Qarabatdaq (lat. Phalacrocorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinə aid heyvan cinsi.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Böyük qarabatdaq
Böyük qarabatdaq (lat. Phalacrocorax carbo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədəninin uzunluğu 90 sm, qanadları açılı vəziyyətdə 160 sm, kütləsi 3,5 kq-a çatır. Ucu əyri dimdiyi, uzun boynu və böyük qara kəkili olur. Rəngi əsasən yaşıl çalarlı qaradır. Boğazı və yanağı ağ rəngdədir. Bəzi böyük fərdlərin başı və boynu boz rəngdə olur. Cavan quşların boz-qonur rəngdə olub qarınları ağ olur.
Kiçik qarabatdaq
Microcarbo pygmaeus (lat. Microcarbo pygmaeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin microcarbo cinsinə aid heyvan növü.
Qarabatdaq adası
Qarabatdaq adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Abşeron yarımadası ilə Çilov adası arasında yerləşir. Düzən relyefə malikdir. Okean səviyyəsindən −29 metr aşağıda yerləşir.
Qarabatdaq balıqçılığı
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. == Yaponiya == Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir.Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur. Balıqları cəzb etmək üçün içində od olan vedrələrdən istifadə olunur.
Qarabattaq adası
Qarabatdaq adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Abşeron yarımadası ilə Çilov adası arasında yerləşir. Düzən relyefə malikdir. Okean səviyyəsindən −29 metr aşağıda yerləşir.
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qarabatlaq (Mahnişan)
Qarabatlaq (fars. قره باطلاق‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 629 nəfər yaşayır (138 ailə).
Qarayataq (Germi)
Qarayataq (fars. قره ياتاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.