Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Nərmin Qaralova
Nərmin Qaralova (tam adı: Nərmin Ziyadxan qızı Qaralova; 10 dekabr 1982, Bakı) — musiqişünas, ssenari müəllifi, televiziya aparıcısı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), BMA-nın dosenti. == Həyatı == Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997-2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001-2005 bakalavr, 2005-2007 magistratura, 2007-aspirantura) tələbəsi olub. Tələbə ikən Gənclər təşkilatı ilə ahıllar, körpələr evində, hərbi hissələrdə konsert proqramlarında çıxış etmiş, çoxlu sayda təşəkkürnamələrlə, mükafatlarla təltif edilmişdir. Türkiyənin Ege Universitetinin professor heyəti ilə Azərbaycanın bölgələrində folklor nümunələrinin toplanmasında yaxından iştirak etmişdir. Kollecdə oxuyarkən "Ayna" televiziya filminə çəkilib. 2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vızifəsində çalışır. Bu illər ərzində Maestro Niyazi, Canəli Əkbərov, İslam Rzayev, Səyavuş Kərimi, Elmira Abbasova, Rauf Abdullayev, Polad Bülbüloğlu və başqa tanınmış musiqi xadimləri haqda televiziya filmlərini, eləcə də Azərbaycanda keçirilən festivalların (M.L.Rostropoviçə həsr olunmuş 1, 2, 3 Beynəlxalq festivalı, Beynəlxalq Muğam Festivalı, Arif Məlikovun yubileyi ilə bağlı festival, Bakı Caz Ferstivalı 2009 və s) gündəliklərini hazırlayaraq geniş tamaşaçı kütləsinə çatdırmışdır. Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O,Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimidir.
Fərhad Qaraşov
Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru, "Made in Azerbaijan" məhsulu olan "Originar" brendinin yaradıcısıdır. == Həyatı == Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur. 1992–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007–2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir. 2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır. 2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.
Taleh Qaraşov
Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012—). == Həyatı == Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.