Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraqulax
Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən qulak //kulak sözündən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Burada ermənilərdən başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . İndi ermənilər yaşayır.
Münəvvər Qarabulud
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 Mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi.Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 Mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. == Məhkəmənin nəticəsi == İddia nəticəsində Cem Garipoglu 24 il həbs cəzası ilə cəzalandırıldı.
Münəvvər Qarabulud cinayəti

Aşağı Qaratülkü (Çaldıran)
Aşağı Qaratülkü (fars. قره تولكي سفلي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Yuxarı Qaratülkü (Çaldıran)
Yuxarı Qaratülküt (fars. قره تولكي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə). === Milli tərkibi === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.