Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cumhuriyyəti Baş Baxanının Avrasiya məsələləri üzrə müşaviri. == Həyatı == Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.