Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qələgah
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qışlaq-i Qəbələgah Allahverdi və Pəpir (Pərsabad)
Qışlaq-i Qəbələgah Allahverdi və Pəpir (fars. قشلاق قبله گاه اله وردي وپاپر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (14 ailə).