Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quanin
Quanin (G, Gua) nuklein turşularını formalaşdıran dörd əsasdan biridir. Digər üç əsas adenin, sitozin və timindir (RNT-də urasil). DNT-də quanin sitozinlə rabitə yaradır. Quanin nukleozidi quanozin adlanır. Quaninin kimyəvi düsturu C5H5N5O-dur. Purin törəməsidir. == Kəşf tarix == Quaninin ilk təcrid edilməsi barədə 1844-cü ildə Alman kimyaçısı Julius Bodo Unger (1819–1885), quano adı ilə tanınan və gübrə mənbəyi kimi istifadə edilən dəniz quşlarının ifrazatından əmələ gələn mineral kimi əldə etmişdir; quanin 1846-cı ildə adlandırıldı. 1882-1906 illəri arasında Fişer quruluşu təyin etdi və sidik turşusunun quaninə çevrilə biləcəyini də göstərdi.
Anthony Quinn
Entoni Kuinn (ing. Anthony Quinn; 21 aprel 1915[…] – 3 iyun 2001[…], Boston) — Amerika aktyoru. == Həyatı == Antonio Rudolfo Oahaka Kuinn (isp. Antonio Rudolfo Oaxaca Quinn) 1915-ci ildə Meksika şəhəri olan Çiuauada Meksika inqilabının qızğın vaxtlarında anadan olmuşdur. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçmişdir. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanmış və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənmişdir. 1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlamış, əvvəl teatrda sonra isə kinoda rollar ifa etmişdir. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında olmuşdu.
Willard van Orman Quine
Willard Van Orman Quine — (d.25 iyun 1908 - ö. 25 dekabr2000), Məntiqin əsasları və xüsusilə də semantik istiqamətləriylə əlaqədar bir qayda inkişaf etdirmiş olan ABŞ-lı müasir məntiqçi və filosofdur. Ümumiyyətlə Russell və Whitehead tərəfindən inkişaf etdirilmiş olan riyazi məntiqə sadiq qalmış olan Quinn, İngilis filosoflarının məntiqin ontoloji olaraq neytral olduğu ümumi fikirinə əleyhdar bir tərzdə , bir məntiq nəzəriyyəsinin qəbulunu ortaya çıxardığı ontoloji nəticələri dilə gətirməyə çalışmışdır. Düzəldilməsi mümkün olmayan analitik mülahizələrlə, təcrübə nəticəsində düzəldilə bilən sintetik mülahizələr arasında əsaslı bir ayrı-seçkilik olduğu nəzəriyyəsi ilə, mənalı hər mülahizənin, birbaşa və vasitəçisiz təcrübələrdən hərəkətlə yaradılmış bir şey olduğu fikirinə şiddətlə qarşı çıxan Quinn, Duhem'i izləyərək, elm adamının təcrübəni sınaqdan keçirməsinə, dağınıq bir mülahizəni deyil, bir sıra təklifləri qəbul etdiyini iddia etdi. Onun fikirinə görə, bir mülahizə yalnız "təcrübələrin yalın bir xülasəsi" deyil, lakin elmi sistemin bir hissəsidir. === Seçmə Kitabları === 1951 (1940). Mathematical Logic. Harvard Univ. Press. ISBN 0-674-55451-5.
Gülnənə Mustafayeva
Gülnənə Məhəmməd qızı Mustafayeva (5 iyun 1915, Afurca, Quba qəzası – ən tezi 1989, Beynəlmiləl, Dəvəçi rayonu) — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950). == Həyatı == 1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir. == Toxuduğu xalçalar == Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.