Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sixote-Alin
Sixote-Alin — Rusiyanın Uzaq Şərqindəki Xabarovsk və Primorsk ərazilərində, qərbdə Amur hövzəsinin və şərqdə Yapon dənizi, Tatar boğazı çayları üçün su ayrıcı funksiyası oynayan Mezozoy qatlama zonasının vulkanik sahəsi. Dağlar cənub Primorskdan (Naxodka), Xabarovsk diyarının şimalındakı Amur çayının mənsəbinə (Nikolayevsk-na-Amure) qədər uzanır. Sixote-Alin dağlarında Anyuy Milli Parkı, Botniç Dövlət Təbiət Qoruğu, Lazovski adına Dövlət Təbiət Qoruğu və Sıxote-Alin Dövlət Biosfer Qoruğuda daxil olmaqla bir neçə böyük qoruq zonaları mövcuddur. == Fauna və flora == Sixote-Alinin bitki örtüyü müxtəlifdir: bu dağlıq vilayətin cənub və mərkəzi hissəsi təxminən 500 m yüksəkliklərə qədər iynəyarpaqlı-enliyarpaqlı meşələrlə örtülüdür. Şimal hissəsində Ayan küknarı və Ağqabıq ağ şam ağacları ilə zəngin olan meşələrdən ibarətdir. Yüksək Yüksəkl dağlıq ərazilərdə dağ tundrası qeydə alınır. Dağların düzənliklərində otlar 3,5 m hündürlüyə çata bilər. Sixote-Alinin ətəkləri endemik canlılarla zəngindir: Uzaq Şərq bəbiri. Son bir neçə onillikdə meşə mütəxəssisləri Sixote-Alin meşələrinin quruduğunu qeydə alırlar. Bunun bir neçə səbəbi var: viral xəstəliklər nəticəsində ağacın zədələnməsi, yeraltı su rejiminin dəyişməsi.