Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurdbasar
Qurdbasar (Azərbaycan çoban iti, Çoban iti, Qoyun iti, Qurd və Alabaş da adlandırılır) — Azərbaycanın yerli it cinsi. Əsasən qoyunçuluqda istifadə olunur. Qoyun sürüsünün rahat idarə edilməsinə xidmət edir. == Yayılması == Bu cins əsasən Azərbaycan ərazisində yayılmış və elə buradaca formalaşmışdır. Xüsusi ilə Qarabağ bölgəsində: Füzuli, Qubadlı, Laçın, Kəlbəcər rayonları həmçinin Quba, Xızı, Şamaxı, İsmayıllı, Gədəbəy, Lerik və Qazax rayonları ərazilərindəki təsərrüfatlarda daha çox yararlanılır. Onlar əsasən yaylaq və qışlaqlarda saxlanılırlar. İstər dağlıq, istərsə düzən şəraitə uyumludurlar. == Xidmət sahəsi == İlk əvvəl Qurdbasarlar azərbaycanlıların karvanlarının, qoyun sürülərinin, evlərinin və torpaq sahələrinin qorunmasında istifadə edilirdi. Onlar sahibinə və onun ailəsinə sədaqəti ilə seçilir. Yadlara qarşı isə çox amansız olur.
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qurdalan
Qurdalan (türk. Kurtalan) — Türkiyənin Siirt vilayətində şəhər və rayon. == Tarixi == Yaşayış məntəqəsinin özünün nisbətən yeni olmasına baxmayaraq, rayonun ərazisində eradan əvvəlki dövrlərdən məskunlaşmış, bir neçə dəfə sahiblərini dəyişmişdir. XVI əsrdən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Hətta son iki əsrdə rayonun inzibati mərkəzi bir dəfədən çox dəyişmişdir. Qurdalan yalnız 1938-ci ildə rayonun mərkəzinə çevrilmişdir. == Təhsil == Qurdalanda 69 ibtidai məktəb, 24 orta məktəb, 8 lisey, 4 uşaq bağçası, 1 müəllim evi və axşam incəsənət məktəbi, 1 xalq maarif ocağı və axşam incəsənət məktəbi olmaqla ümumilikdə 107 məktəb fəaliyyət göstərir.
Qurdboğan kəpənəkçiçək
Qurdboğan kəpənəkçiçək (lat. Aconitum lycoctonum) - kəpənəkçiçək cinsinə aid bitki növü.