Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rövnəq Abdullayev
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965, Naxçıvan) — azərbaycanlı bürokrat, iş adamı, dövlət xadimi və idman funksioneri; 2005–2022-ci illərdə SOCAR Prezidenti vəzifəsində çalışmışdır, 2022-ci ildən isə iqtisadiyyat nazirinin müavinidir. 2005–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş, Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 15 il davam edən deputatlığı ərzində Abdullayev Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Parlamentdə passivliyi ilə seçilən Rövnəq Abdullayev Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə dönəmin parlament sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir. İdman sahəsində isə 2008–2024-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015–2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuşdur. Rövnəq Abdullayev 16 il prezidentliyini apardığı SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi ilə tənqid olunmuşdur. Rövnəq Abdullayev 3 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə Sovet Ordusuna çağırılıb və 1985-ci ildə ordu sıralarından tərxis edilib. 1985-ci ildə V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutdan məzun olub.
Rövnəq Həsənli
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Rövnəq Həsənzadə

Rövnəq Rzayev
Rövnəq Rzayev (tam adı:Rzayev Rövnəq Mirzə oğlu) — Azərbaycan Dövlət İqtisad Universitetində elm və innovasiya məsələləri üzrə prorektor, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor == Həyatı və təhsili == Rövnəq Rzayev 1970-ci il fevral ayının 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub. 1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində əyani aspirant olub. 1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. 1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib. 17 iyul 2019-cu ildə professor seçilib. 2020-2024-cü ilin oktyabr ayına kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri olub. 160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu jurnallarda olmaqla, 65 məqalənin, 20-yə qədər beynəlxalq və 45-dən yuxarı respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir.