Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüşdiyyə
Həsən Rüşdiyyə — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb.
Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. == İstinadlar == == Ədəbiyyat == "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Mirzə Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Rəşadiyyə məktəbi
Rəşadiyyə məktəbi ‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə 1915-ci ildə Şuşa şəhərində fəaliyyətə başlamış məktəb. == Haqqında == Məktəb "Rəşad" adlı gizli yeniyetmətlər cəmiyyətinin tərkibində yaradılmışdır.Məktəb fəaliyyətə başladığı dövrdə burada təhsil alan şagirlərin əksəriyyətini kasıb ailənin övladları və kimsəsiz uşaqlar təşkil edirdi.Bu səbəbdən də orada təhsil alan şagirdlərin qida,geyim,dərs vəsaiti kimi zəruri vəsaitləri məktəb tərəfindən qarşılanırdı.Məktəbin tədris fəaliyyətində dövrün nüfuzlu şəxsləri iştirak edirdi.Onların arasında Mirzə Cəlal Yusifzadə da var idi.1918-ci ildə türk ordusu Şuşa şəhərinə gəldiyi üçün məktəb əsgərlərin ixtiyarına verildiyi üçün fəaliyyətini dayandırmışdı. Məktəbdə istifadə olunan dərsliklərə Ş.M.Qarabağinin "Risaleyi-hüruf və xütut" (1890); S.Ə.Təbrizinin "Kitabçeyiədəbiyyə" (1893); Ə.Axundzadənin "Xətti təliq və nəstəliq" (1894); M.H.Rüşdiyyənin "Vətən dili" (1884); M.Ələkbərin "Kitabipəndi ətfal" (1899); M.Şahtaxtinskinm "Sövti Şərq Əlifbası" (1902); M.N.Şirvaninin "Təftül arifin lisani türki" (1902); H.S.Eyvazovun "üsuli-tədris və təlim-tərbiyə" (1907); H.Məmmədlinin "Nümuneyi tədris və tərbiyə" (1907); M.Qəmərlinski, H. Nərimanbəyov, Şahtaxtinski, Rəcəbov, Qazıyev, Şərifbəyov və Cəfərbəyovun "Ana dili" (1911), Mirzə Hüseyn Həsənzadənin "Tamam əlifba" (1912), M.A.Abbaszadənin "Əlifba" (1913) və s kitablarını nümunə göstərmək mümkündür.
Hüsniyyə Mürvətova
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994-1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarırBakı Bələdiyyə Teatrı O.Altunbayın "Tomris (O.Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Dəli Domrul (A.Məmmədov) — Banı Ağ və qara (H.Fətullayev) — qız İnsan və iblis (Ə.Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ.Kərimov) — Ümmi İshaq Dönüş (C.Cabbarlı) — Gülsabah Türk sancağı (A.Qurbani) — Yasəmən İblis (H.Cavid) — İblis Qaravəlli(Anar)-Müqənni. Diaqnoz D.-P.l.arvadı. Şanl Vətən.Jurnalist15.Nəsimi -Fatma(İsa Hüseynov) 16 .Nizami.Aparıcı. 17.Şuşada urəyim qaldı.-Ana.
Hüsniyyə Vaqifqızı

Hüsniyyə Əhmədova

Risalətun-Nushiyyə
Əxlaqi-didaktik mövzuda yazılmış “Risalətun-nushiyyə” (“Nəsihətnamə”) 1307-ci ildə yazılmışdır. Əsər 563 beytdən və “Ağlın tərifi” (“Fi tərifil əql”) adlı kiçik bir nəsrlə yazılmış hissədən ibarətdir. Bu əsərin ilk 13 beyti bir (Fa’ilatün, failatün, fa’ilün), 550 beyti isə başqa (Məfa’ilün, məfa’ilün, fa’ilün) bəhrdə yazılmışdır. “Risalətun-nushiyyə” əsərinin ilk 13 beytində od, su, torpaq və küləkdən bəhs açılır. Kiçik parçada dörd ünsürdən hazırlanan insan, Tanrı (Padişah) tərəfindən can verilən ilk məxluqun - Adəmin torpaqdan, sudan, oddan, yeldən və candan əxz etdiyi sifətlər (xarakter) haqqında məlumatlar verilir: Padişahın hikməti gör neylədi, Od, su, torpaq və suya söylədi. Bismillah deyib, gətirdi torpağı, Ol arada hazır oldu ol dəği. Torpaq ilə suyu bünyad eylədi Ona Adəm deməgi ad elədi. Yel gəlib ardınca dəbitdi onu Ondan oldu cismi-Adəm, bil bunu. Od dəxi dəldikdə qızdırdı onu Çünki qızdı, cismə birləşdi cam. Əsərin kiçik nəsr hissəsində ağlın tərifi cənnət və cəhənnəm, o cümlədən 4 ünsür - torpaq, su, yel, od haqqında sufiyanə fikirlər özünə yer tapır.
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Bədii yaradıcılığı == Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Rəsmiyyə Sadıqova
Rəsmiyyə Sadıqova (?-?)—Azərbaycan müğənnisi. == Həyatı == 40 il opera və balet teatrının solisti olmuş, yüz dəfə Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş Rəsmiyyə Sadıqova əslən Masallı şəhərindən, Dadva məhəlləsindəndir.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur.Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart. Əfruz C. Təyyarəçi qız [Şeir] // Ədəbiyyat qəzeti, 1943.- 22 dekabr.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Hüsniyyə Əhmədova (aktrisa)
Hüsniyyə Əhmədova (tam adı: Hüsniyyə Abid qızı Əhmədova; 26 oktyabr 1971) — Azərbaycan aktrisası. == Həyatı == Hüsniyyə Əhmədova 1971-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Astara rayonunda doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2002-ci il martın 1-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Nigar - («Yeddi məhbusə», Ə.Əmirli) 2. Keti - («Tədbirə qarşı tədbir», V.Şekspir) 3. Ellada - («İntihar», V.Səmədoğlu) 4. Ana - («Vicdanın hökmü», H.Mirələmov) 5.