Tramp: razılaşma incəsənəti (kitab)
"Tramp: razılaşma incəsənəti" — Biznes maqnat, milyarder, ABŞ-nin 45-ci prezidenti Donald Tramp və jurnalist Toni Şvartz tərəfindən yazılmış biznes, ticarət haqqında kitab. Yarı xatirələr və yarı biznes məsləhətləri təqdim edən kitab, 'The New York Times' siyahısında 13 həftə ardıcıl olmaqla ümumilikdə 48 həftə bestseller olub. Donald Trampın yazdığı ilk kitabdır.Kitab 2016-cı ildə baş tutmuş ABŞ Prezident Seçkiləri Kompaniyasında yenidən diqqət mərkəzinə düşdü. Belə ki, Tramp çıxışlarının birində qeyd etmişdir ki, bu kitab onun ən böyük uğurlarından biridir və Bibliyadan sonra ən sevimli kitabıdır.Svartz bəyan etdi ki, özünün və Trampın birlikdə işindən peşmandır. Nəşriyyatçı Hovard Kaminski də öz növbəsində qeyd etmişdir ki, əslində Trampın kitabın yazılması ilə əlaqəsi yoxdur. Bu səbəbdən kitabın müəllifliyi ilə bağlı bəzi mübahisələr yaranmışdır.
== Haqqında ==
Kitab ilk başlarda Trampın Kuinsdəki uşaqlığından bəhs edir. Növbəti səhifələrdə Manhettenə köçməmişdən öncə Bruklində ilk çalışdığı vaxtlar haqqında məlumat yer alır. Kitabda onun Manhettendə bir otaqlı bina evindən 'The Trump Organisation'-ın qurulması təsvir edilir. Daha sonra isə onun müxtəlif layihələr haqqında fikirləri və həmin layihələrin necə həyata keçirilməsi göstərilir.