DÜZƏKLİ
DÜZƏLİŞMƏ
OBASTAN VİKİ
Düzəliş
Düzəliş – nəyinsə qismən dəyişilməsinə, ona əlavələr edilməsinə yönələn hərəkət. Məsələn, "qanuna qüzəlişlər", "fikirdə düzəlişlər", " layihəyə düzəlişlər" və s.
907-ci düzəliş
907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. == Qəbul edilmə tarixi == Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir. "Azadlığı Müdafiə Aktı" Prezident Buş administrasiyası tərəfindən 1992-ci ilin ortalarında Konqresə nüzakirəyə verilən kimi erməni lobbiçiləri (sakitcə , səssiz -küysüz, amma çox effektiv) işə balamışlar. Onlar erməni seçicilərinin sayı və gücü çox olan Massaçusets ştatından senator Con Kerriyə müraciət etmiş və Azərbaycanı ABŞ yardımından ayırrmaq işində onun sponsorluğunu istəmişlər. Lobbiçilər eyni zamanda Nümayəndələr Palatasının ermənipərəst üzvlərini (xüsusən Kaliforniya ştatından) bu işə cəlb etmişlər. Digər tərəfin təmsilçisi olmadığı üçün erməni lobbiçiləri öz niyyətlərinə müvəffəq olmuş," Azadlığı Müdafiə Aktı" qanununa xüsusi "907 nömrəli bölmə" adında əlavə qəbul etdirmişlər.907-ci bölmənin qeyri rəsmi tərcüməsi belədir; " Bu və ya digər qanunvericilik aktlarının… çərçivəsində Birləşmiş ştatların Azərbaycan hökumətinə yardım göstərməsi o zamana qədər mümkün olmayacaq ki, Prezident müəyyən etmiş olsun və bu haqda Konqresə xəbər çatdırmış olsun ki, Azərbaycan hökuməti bütün blokadaları və Ermənistan və Dağlıq Qarabağa qarşı zor gücün istifadəsini dayandırmaq üçün əməli iş görür". Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet pespublikalarına göstərdiyi yardımından yeganə olaraq xaric edilmişdir.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.

Digər lüğətlərdə

заплесневеть зача́ток превосхо́дствовать прива́ливать припла́вить чистоте́лый водопо́й запахну́ться на что́? перевола́кивание прожо́рливый пронумеро́вывать сбру́йщик елман музыкант bottleneck highball ice cake junco penumbra senior citizen solicitor Trinitarian клиренс лезвие