Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahgüzar (Bicar)
Şahgüzar (fars. شاه گدارسفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Nəsir Paygüzar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Raquza
Raquza(it. Ragusa, sic. Rausa) — İtaliyada Siciliya regionunun eyni adlı əyalətində inzibati mərkəz, şəhər. Cənubi İtaliyanın ən dinamik şəhərlərindən sayılan Raquza özünə məxsus tarixi, mədəniyyət və memarlığı ilə seçilir. 2002 ci ildən Siciliyanın digər yeddi şəhəri kimi Raquza da Siciliya barokkosu memarlığına görə UNESCO-nun ümumdünya irsinə aid edilmişdir. Raquza şəhəri 11 yanvar 1693 cü ildə baş verən dəhşətli zəlzələdən sonra tamamilə dağılmış, əhalisinin yarısı tələf olmuşdur. Şəhər yenidən o dövr üçün yüni bir çərəyan kimi yaranmış Siciliya barokkosu üslubunda tikilmişdir.
Raquza (əyalət)
Raquza (it. Provincia di Ragusa, sic. Pruvincia di Rausa) — İtaliyanın inzibati bölgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Raquza şəhəridir. Əyalətin sahəsi 1.614,02 km²olub, şimalda Kataniya əyaləti, şərqdə Sirakuza, qərbdə Kaltanissetta əyaləti və cənubda isə Aralıq dənizi suları ilə əhatələnmişdir. Əyalət 1927 ci ildə təsis edilmişdir.
Çintsiya Raquza
Çintsiya Raquza (24 may 1977, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Çintsiya Raquza, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Çintsiya Raquza, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Raquza Respublikası
Dubrovnik Respublikası (xorv. Dubrovačka republika, serb-xorv. Дубровачка Република / Dubrovačka Republika) və ya Raquza Respublikası (lat. Respublica Ragusina, it. Repubblica di Ragusa) — XIV əsrdən 1808-ci ilə qədər Adriatik dənizinin sahilində mövcud olmuş şəhər-dövlət. Respublikanın paytaxtı Dubrovnik liman şəhəri idi, bundan əlavə dövlətin ərazisinə Neumdan Kotor körfəzinə qədər Dalmasiya sahilləri, Peleşas yarımadası və Lastovo, Mlyet adaları və paytaxtın ətrafındakı bir sıra digər kiçik adalar daxil idi. Balkanlarda dəniz və quru ticarətinin mərkəzi kimi meydana çıxan Dubrovnik Respublikası XV–XVI əsrlərdə Osmanlı imperiyası və Avropa dövlətlərinin iqtisadi əlaqələrində əsas vasitəçilərdən birinə çevrilmiş, öz gücünün zirvəsinə çatmışdır. Əhalinin böyük əksəriyyətinin slavyanlar olmasına baxmayaraq, respublikanın ictimai-siyasi sistemi və hakim elitası İtaliyanın güclü təsiri altında idi. Respublika Napoleonun Fransa imperiyası tərəfindən fəth edilmiş və 1808-ci ildə İtaliya krallığı tərəfindən rəsmi olaraq ilhaq olunmuşdur. Bu dövrdə onun 30,000-ə yaxın əhalisi var idi, onlardan 5.000-i şəhər divarları arasında yaşayırdı.
Raquza mühasirəsi (866–868)
Raquza (müasir Dubrovnik, Xorvatiya) mühasirəsi ― 866-cı ildən ifriqiyəli ağlabidlər sülaləsi tərəfindən həyata keçirilən və 868-ci ildə Bizans donanması yaxınlaşdıqdan sonra uğursuzluqla başa çatan mühasirə. Bu hərbi əməliyyat 15 ay davam etmişdir. Mühasirənin özünü doğrutmaması və bizanslıların Dalmatiya bölgəsinə yenidən gəlməsi təzə Bizans imperatoru I Vasili tərəfindən yeni təcavüzkar Qərb siyasətinin başlanğıcına gətirib çıxartdı. Bunun bilavasitə nəticəsi, həmin ərazilərdə Bizans hökmranlığının Dalmatiya feması adı altında bərpası və qərbi Balkanlarda yaşayan slavyanların xristianlaşmasının başlanğıcı oldu, bundan əlavə hadisədən bir neçə il sonra Bizans Cənubi İtaliyada da öz mövqeyini bərkitdi və o, bölgəyə təsiri daha da artdı. == Öncə gələn hadisələr == 867-ci ildə Makedoniyalı I Vasili hakimiyyətinin başlanğıcında Siciliya və Cənubi İtaliya üzərindəki Bizans hakimiyyəti ağlabidlərin İfriqiyədə genişlənməsinə görə xeyli zəiflədi; eynilə, Qərbi Balkanlarda xorvatlar, serblər, xumlar, travunlar, konavlyanlar, duklyalılar və neretevlyanlar kimi yerli slavyan qəbilələri Bizans süzerini qovuи, öz müstəqilliklərini yenidən elan etdilər. Nəticədə, Adriatik dənizi həm slavyan, həm də saratin quldurlarının qurbanına çevrildi, birincisi Dalmatiya sahillərindən fəaliyyət göstərirdisə, ikincisi İtaliyanın cənubundan, Bari, Taranto və Brindizidəki bazalarından öz quldurluq əməllərini həyata keçirirdi. == Mühasirə və sonraki hadisələr == I Vasilinin nəvəsi, X əsr imperatoru VII Konstantinin sözlərinə əsasən, 866-cı ildə ağlabidlər Səudan (Barinin ağlabid əmiri), tarentolu Səbanın və bərbər Kalfunun komandanlığı altında 36 gəmi ilə Dalmatiya sahillərinə qarşı böyük dəniz əməliyyatı başlatdılar. Ağlabid donanması Raquzanı (Dubrovnik) mühasirəyə almağa başlamazdan əvvəl Butova (Budva), Rosa (Risan) və Dekatera (Kotor) şəhərlərini qarət etdi. Raquzalılar ağlabid mühasirəsinə on beş ay müqavimət göstərməyi bacardılar, lakin qüvvələri azalanda kömək üçün Konstantinopola elçilər göndərdilər. İmperator Vasili onlara kömək etməyə razı oldu və təcrübəli və bacarıqlı patrisiat Nikita Oorifanın komandanlığı altında 100 gəmidən ibarət donanma təchiz etdi.