Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reise, Reise
Reise, Reise (alm. Səyahət, səyahət‎/ing. Artım) — Rammstein qrupunun dördüncü albomudur. Çıxışdan bir müddət sonra albom platinalı olub.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Epos
Epos — hər bir xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edən folklor əsəri. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə edən dastançılıq düşüncəsidir. Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi, dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) - qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən - italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler -10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3-5 il) ərzində qüvvədə qalır.
Rose
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 və ya 1862 – 4 may 1928 və ya 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. == Təsnif etdiyi taksonlar == Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus == Rouzun şərəfinə adlandırılan taksonlar == Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton == Əsərləri == Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.
Dominqos Repas
Dominqos Repas (12 noyabr 1968) — Portuqaliyalı oxatan. Dominqos Repas Portuqaliyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Dominqos Repas birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 124-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Koroğlu Eposu
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Dastan haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. == Tarixi == Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
İran eposu
Ameşa spenta - əksər irandilli xalqların ümumi mifoloji irsinə aid mifoloji personajlar. Qədim irandilli xalqların hər an qarşılaşdığı və izah edə bilmədiyi təbiət hadisələri barədə təsəvvürləri ilə bağlıdır. Bu hadisələrin izahı empirik düşüncə tərzinə uyğun idi. Qeyd etmək lazımdır ki, heç də bütün mifoloji surətlər qorunub, bəziləri xalq düşüncəsində transformasiyaya uğrayıb. Təsəvvürlərin dəyişməsində həlledici məqam dinin dəyişməsi oldu. İslam xalqın düşüncəsinə kainat haqqında yeni təsəvvürlər gətirdi. Div - iran mifoloji personajıdır. Qədim İran inanclarına xeyirlə şərin dualizmi səciyəvidir. Hər iki qüvvənin öz tanrılar iyerarxiyası var. Belə ki Xeyir Hürmüzün tərəfdarları olan ameşa-spentalar və yazatanlar tərəfindən qorunur.
Kent Music Report
Kent Music Report — David Kent tərəfindən 1974 - cü ildə yaradaılmış nüfuzlu Avstraliya hit paradı.
Nərimanov (elektrik deposu)
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Report İnformasiya Agentliyi
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Xocəsən (elektrik deposu)
Xocəsən — Bakı metrosunun sayca ikinci elektrik deposu. Bənövşəyi xəttin bir hissəsini təşkil edir. Xocəsən metrostansiyasının yanında yerləşir. == Tarixi == "Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq. Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır. == Xüsusiyyətlər == Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir. Depoda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.
Computer Emergency Response Team
CERT — kompüter təhlükəsizliyi hadisələrini idarə edən ekspert qrupudur. == Tarixi == CERT/CC əlaqələndirmə mərkəzi Karnegi-Mellon Universitetinin Proqram Mühəndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. CERT/CC PMİ-də işlənən Networked Systems Survivability (NSS) proqramının bir hissəsidir. == Məqsədi == Bu proqramın əsas məqsədi müvafiq texnologiyaların və sistemin idarə edilməsi metodlarının qurulmasını elə şəkildə təmin etməkdir ki, hücumların maksimal səmərəli qarşısı alınsın, ziyan minimumlaşdırılsın və hətta hücumların həyata keçirilməsi uğurlu halında da sistemin fasiləsiz işi təmin edilsin. == Vəzifəsi == CERT/CC əlaqələndirmə mərkəzinin vəzifələri aşağıdakı məsələlərin həll edilməsidir: CERT/CC laboratoriyalarında (tədqiqat) proqram və aparat təminatının aşkarlanmış boşluqları haqqında istifadəçiləri məlumatlandırmaq üçün veb-serverdə (http://www.cert.org), ftp-serverdə (ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet telekonfransında (comp.security.announce) və göndəriş siyahılarında boşluqların təsviri və onların aradan qaldırılması üsulları – Advisories nəşr olunur. Təhlükəsizlik problemləri və onların həlli haqqında istehsalçı firmalardan alınmış məlumatlar xüsusi informasiya bülletenlərində (Vendor-Initiated Bulletins) nəşr olunur, onlar da Advisories kimi həmin kanallarla yayılır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
U.S. News & World Report
U.S. News & World Report — Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda dərc edilən xəbər jurnalı. Həftəlik dərc olunur və ümumiyyətlə, siyasət, təhsil, yeni hadisələr və iqtisadi hadisələr ilə bağlı xəbərlər yayımlanır. ABŞ-dakı universitetlər ilə bağlı dərc etdiyi reytinqlər ilə məşhurdur.
Joseph Nelson Rose
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 və ya 1862 – 4 may 1928 və ya 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. == Təsnif etdiyi taksonlar == Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus == Rouzun şərəfinə adlandırılan taksonlar == Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton == Əsərləri == Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.
Call and Response: The Remix Album
Call and Response: The Remix Album — Maroon 5 qrupunun remiks albomu. Albom Songs About Jane və It Won't Be Soon Before Long albomlardan remikslənmiş mahnılardan ibarətdir.
"Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə
Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya — AMEA prezidenti, akademik İsa Həbibbəylinin monoqrafiyası == Haqqında == 2020-ci ildə AMEA prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub. Kitabın üz qabığında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. “Elm” nəşriyyatında çap olunan, Giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə də verilib. Monoqrafiyanın məsul redaktorları fil.f.d., dos. İsmixan Osmanlı və fil.f.d., dos.Aygün Bağırlıdır. === Məzmunu === Monoqrafiyada ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs edib. Akademik “Kitabi-Dədə Qorqud”la bağlı indiyədək həmin istiqamətdə irəli sürülmüş tezislər də nəzərə alınmaqla bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı faktı olması fikrini tutarlı faktlarla isbat edib. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılıb, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılıb, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyənləşdirilib. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını da həmin Oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırıb, Azərbaycan Oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə edib.
İv Roşe
İv Roşe — Dünyanın ən məşhur dizayner, modelyerlər və kosmetoloqlarından biri İv Roşe həyatının böyük hissəsini "bitki kosmetikası"nın yaradılmasına həsr edib. Onun planına görə, "Yves Rocher"in məhsulları ancaq təbii inqridientlərdən hazırlanmalı və geniş istehlakçı kütləsi üçün əlçatan olmalıymış. Roşe markası 1959-cu ildə yaradılıb. 1969-cu ildə isə onun ilk mağazası açılıb – buna qədər məhsullar poçt vasitəsilə göndərilirmiş. Hazırda "Yves Rocher"də 15 mindən çox adam çalışır, onun müəssisələri 30-dan çox ölkədə var, korporasiyanın illik dövriyyəsi 2 milyard avrodur. Məşhur korporasiyanın yaradıcısı 80 yaşında Parisdə dünyasını dəyişib. Bundan sonra şirkətə başçılıq edəcək növbəti şəxsin adı müəyyənləşib. İv Roşenin yerinə onun nəvəsi, 31 yaşlı Bri Roşe gətirilib.