Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Revolver
Altıaçılan ya da revolver — 1836-cı ildə Samuel Kolt tərəfindən yaradılmış bir dəfə doldurma ilə birdən artıq atəş açmaq qabiliyyətinə malik olan bir tapançadır. Normal tabançalardan fərqi uzun lüləyə və mərmilərinin qəbzədə deyil, lülənin ortasında olmasıdır. Çoxlu kovboy filmlərində bu silahlardan istifadə edilmişdir. Daraqına ən çox 6 ədəd mərmi ala bilir, adını da, məhz buradan almışdır. Müasir dövrə kimi çoxlu versiyaları çıxmışdır. Hələ də istifadə edilir. Ən sonuncu modern versiyası Magnum 45 adı ilə tanınır.
Revolver (albom)
Revolver — Böyük Britaniyanın "The Beatles" rok qrupunun yeddinci studiya albomu.
Dyuk de Rişölye abidəsi
Dyuk de Ришельё abidəsi Odessada dyuk (hersoq) de Rişelye abidəsi (həmçinin tunc hersoq kimi də tanınır)- 1828-ci ildə açılmış hersoq de Rişelye Armand Emmanuel du Plessisə (fr. Armand Emmanuel Sophie Septemanie de Vignerot du Plessis, 5eme duc de Richelieu) həsr olunmuş tam boylu tunc abidə. Odessada ucaldılan ilk abidədir. == Erkən tarixi == De Rişelye İzmail mühasirəsində iştirak etdikdən beş il sonra uzun müddətə Rusiyada məskunlaşıb. 1803-cü ildə Rişelye mer, 1805-1814-cü illərdə isə Odessanın general-qubernatoru olub. Odessalılar onu "bizim Dyuk" adlandırırdılar və baxmayaraq ki, Odessanın artıq 8 yaşı var idi onu şəhərin qurucusu hesab edirdilər. Yeni merin səyləri ilə şəhər böyük ticarət limanına çevrildi. Burbonlar yenidən taxt-taca sahib olduqdan sonra Dyuk Fransaya gedir və burada XVIII Lüdovik hökumətinin baş nazir olur. O, 1822-ci il mayın 16-da 55 yaşında Parisdə beyin qansızmasından vəfat edib. == Yaranma tarixi == Rişelyenin ölümü ilə bağlı Parisdən kədərli xəbər alan qraf Lanjeron əhaliyə müraciət edərək abidənin tikintisi üçün vəsait toplamağa başlamağı bildirir.