Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Ayzeluort Mona Lizası
Ayzeluort Mona Lizası (fr. Mona Lisa d’Isleworth) — Leonardo da Vinçinin Luvr muzeyində saxlanan eyni adlı portret əsərindəki subyektin təsvir olunduğu yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Aparılmış uzunmüddətli tədqiqatlardan sonra 2015–2016-cı illərdə yayımlanmış elmi nəşrlərdə əsərin Leonardo da Vinçinin fırçasına aid olması bildirilmişdir.İtaliyadan Leonardonun orijinal əsəri kimi alınmış və yüz il Somerset qraflığında saxlanılmış əsər, 1913-cü ildə ingilis kolleksioner Hyu Bleykerin diqqətini cəlb etmiş və o portreti almışdır. Bundan qısa müddət sonra Bleykerin atalığı Con Eyr tərəfindən nəşr edilmiş monoqrafiyada Leonardonun "Mona Liza"nın iki versiyasını işləməsi və birinci versiyanın hazırda Ayzeluortda saxlanan (Bleykerin Qərbi Londondakı studiyası Ayzeluort ərazisində yerləşirdi) rəsm olmasını bildirir.Sonradan əsəri almış Henri F. Pulitzer Ayzeluort Mona Lizasının Leonardo da Vinçi tərəfindən işlənmiş Liza Gerardinin əsl portreti olmasını qeyd edir. Hazırda şəxsi kolleksiyada saxlanan əsər ictimayətə nümayiş etdirilmir. Buna baxmayaraq, son illər ərzində müxtəlif mütəxəssislərə onu tədqiq etməyə, həmçinin sənədli film üçün çəkilişlər aparmağa icazə verilmişdir. == Tarixi == Leonardonun erkən bioqrafı Corco Vazari, rəssamın "Mona Liza" portretini 1503-cü ildə çəkməyə başlamsını, lakin bir müddət sonra yarımçıq tərk etdiyini bildirir. Buna baxmayaraq, tamamilə başa çatdırılmış "florensiyalı xanımın portreti" 1517-ci ildə Leonardonun ölümündən qısa müddət əvvəl onun yaşadığı malikanədə yenidən peyda olur. Yekun rəsm, demək olar ki, hazırda Luvrda asılan portretdir. Ayzeluort Mona Lizasının autentikliyi fikrinin tərəfdarları onun tamamlanmamış erkən əsər olmasını, Luvr "Mona Liza"sının isə Leonardonun sonradan özü üçün çəkdiyi yekun variant olduğunu bildirirlər.
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Risksiz faiz dərəcəsi
Risksiz faiz dərəcəsi (risksiz gəlir dərəcəsi) — müəyyən müddət ərzində maliyyə itkiləri riski olmayan hipotetik investisiya layihəsinin gəlirlilik dərəcəsi. Risksiz faiz dərəcəsi heç bir risk olmadan əldə edilə bildiyi üçün, hər hansı bir risk dərəcəsinə malik olan hər hansı digər investisiya, onu investor üçün cəlbedici etmək üçün daha yüksək gəlir dərəcəsinə malik olacaqdır. Praktikada risksiz faiz dərəcəsini tapmaq üçün risksiz istiqraz seçilir, yəni defolt riski əhəmiyyətli ola bilməyəcək qədər aşağı olan hökumət və ya orqan tərəfindən buraxılan istiqraz. == Nəzəri qiymətləndirmə == Hazırda risksiz faiz dərəcəsinin müəyyən edilməsində fikir ayrılıqlarının olması səbəbindən onun ölçülməsi ilə bağlı vahid konsensus mövcud deyil. Nəzəri risksiz faiz dərəcəsinin şərhlərindən biri İrvinq Fişerin The Theory of Interest (1930) kitabında təsvir etdiyi inflyasiya gözləntiləri konsepsiyası ilə bağlıdır ki, bu da valyuta saxlamağın nəzəri xərcləri və faydalarına əsaslanır. Fişer modelində bir-birini kompensasiya edən iki növ hərəkət kimi təsvir edilmişdir: Pul kütləsinin gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Məhsuldarlığın gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır.Risksiz dərəcə müsbət və ya mənfi ola bilər və praktikada gözlənilən risksiz dərəcənin işarəsi müəyyən edilmiş institusional qaydaya əsasən əldə edilir – Tobinin Money, Credit and Capital kitabında təsvir etdiyi arqumentə bənzər. İstehsal qərarlarının və nəticələrinin qeyri-mərkəzləşdirildiyi və proqnozlaşdırılması çətin olan endogen pul təklifi olan bir sistemdə belə bir təhlil risksiz faiz dərəcəsinin birbaşa müşahidə olunmadığı konsepsiyasına dəstək verir. Buna baxmayaraq, bu konsepsiyanın tərəfdarlarının pul emissiyasının dəyərini müsbət bir şey kimi qiymətləndirdiklərini görmək olar. Bu, maddi nəticələri Adam Smit tərəfindən “Xalqların sərvəti” əsərində təsvir edilmiş əməyin ixtisaslaşmasını təmin etmək üçün bir növ (kredit) valyutaya əməli ehtiyacla bağlı ola bilər.