Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014)
Sənətin sönməyən ulduzu. İsmayıl Osmalı filmi rejissor Sənan Sultanov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film SSRİ Xalq Artisti İsmayıl Osmanlının həyat və yaradıcılığından bəhs edir. Əsas rolları Firudin Bağıroğlu, Mirsadıq Aşumov, Emin Orucov, Elşən Adıgözəlov ifa edirlər. == Məzmun == Film teatr və kino aktyoru, SSRİ xalq artisti İsmayıl Osmanlının xatirəsinə həsr olunub və onun həyat və yaradıcılığından bəhs edir. İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
Rəşid Sönəyev
Rəşid Qəli oğlu Sönəyev (tatar. Räşit Ğali ulı Sönäyev, Рәшит Гали улы Сөнәев; 1 mart 1943, Daşkənd) — Sovet və Rusiya astrofiziki, Rusiya Elmlər Akademiyasının akademiki (1992), Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (2000, 2016). R.Sönəyev astrofizika üzrə mühüm elmi kəşflər müəllifidir. Yakov Zeldoviç ilə birlikdə relikt şüalanmanın elektronlara səpilməsi nəzəriyyəsini yaratdı və Sunyayev-Zeldoviç effekti kimi tanınan fiziki hadisəni proqnozlaşdırıb. Sunyayev Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Astrofizikası şöbəsinin müdiri idi və baş alim olmuşdur. 1992-ci ildən Akademiyanın Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşıdır. Sönəyev 1996-cı ildən Almaniyanın Maks Plank adına Cəmiyyətin Astrofizika İnstitutunda yüksək enerjili astrofizika və fiziki kosmologiya sahəsində işləyir, həmçinin Avropa Kosmik Agentliyinin Plank kosmik gəmisindən alınan məlumatların şərhində iştirak edir. == Həyatı == Rəşid Qali (Əli) oğlu Sönəyev 1943-cü il martın 1-də Daşkənddə Mordoviyadan gəlmiş tatar ailəsində anadan olub. Sönəyev Moskva Fizika-Texnika İnstitutunu (1966) və Moskva Fizika-Texniki İnstitutunun Ümumi və Tətbiqi Fizika fakültəsinin aspiranturasını bitirib. O, fizika-riyaziyyat elmləri doktoru (1973), professordur.