Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük sözləşmə
Böyük sözləşmə — İngiltərə baş naziri Robert Cecilin 1610-cu ildə Kral I Ceyms və Parlamentə təqdim etdiyi maliyyə planı idi. Böyük sözləşmə adlanan bu plana əsasən, parlament yenidən fəaliyyətə başlamalı və krala aid 10 rəsmi imtiyaz parlamentə verilməli idi. Bunun qarşılığında isə parlament 600.000 £ həcmindəki dövlət borcunu ödəməli və əlavə olaraq dövlət xəzinəsinə illik 200.000 £ həcmində yardım göstərməli idi. Davam edən gərgin vəziyyət o qədər qarışıqlığa səbəb oldu ki, sonda I Ceyms dövlətin süqutunu gözə alaraq bu razılığı pozdu və 31 dekabr 1610 tarixində parlamentin fəaliyyətini yenidən dayandırdı. Bu tipdə olan digər bir plan isə 1614-cü ildə "Qarışıq Parlament" adıyla irəli sürülsə də, 9 həftəlik danışıqdan sonra pul ödənişlərindəki gecikmə səbəbilə qəbul edilmədi.
Növləşmə
Növləşmə, Bioloji Növ Tərifi daxilində, sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının, müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir. == Növləşmə mexanizmləri == === Allopatrik növləşmə === Təbiət, davamlı olaraq dəyişir. Qitələr hərəkət edər, mövsümlər dəyişir, külək və axıntılar istiqamət dəyişdirir, quraqlıq müşahidə olunur və daha minlərlə bu cür dəyişən təbii hadisələr baş verir. Bu dəyişmələr əsnasında, müəyyən bölgələrdə yaşayan canlılar bir-birlərindən ayrı düşə bilərlər və ya bir növ içərisindəki canlılardan bəziləri başqa bölgələrə köç etmək məcburiyyətində qalarkən, bir qismi hal-hazırda var olduqları bölgədə qala bilərlər. Ssenariləri sonsuz sayda diversifikasiya edə bilərik. Bir-birindən ayrılan bu populyasiyalar fərqli seçmə təzyiqləri təsirində, nəsillər boyu öz içlərində, amma bir-birləriylə cütləşməyəcək şəkildə törəyirlər və həyatlarını davam etdirirlər. İlk mühitdən, yeni və quraq mühitə keçən canlılar üzərində yuxarıda bəhs etdiyimiz kimi sıx bir seçmə təzyiqi meydana gəlir və davamlı olaraq populyasiyada müəyyən fərdlər üstünlüklü mövqedə olur və seçilir. Digərləri isə məğlub olur. Nəsillər boyu bu seçmə davam edir və yeni mühitdəki siçanlar, yavaş-yavaş o mühitə daha çox adaptasiya olacaq şəkildə (daha doğrusu daha çox adaptasiya olanların seçilməsi nəticəsində) fərqlənirlər. Bu Təkamüldür.