Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suarası
Suarası — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Suarası kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmiş ailələr Binələr adlı sahədə salmışlar. Kəndin adı onun coğrafi mövqeyini əks etdirir. Oykonim su və arası sözlərindən ibarət olub, kəndin iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayının qolu olan Zurdərə çayını əmələ gətirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
Uzun çəkən sözardı (kitab)
Uzun çəkən sözardı — Çingiz Abdullayevin kitabı. == Kitab haqqlnda == Təxminən iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələrilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı… Artıq bizim dövrümüzdə kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Nə üçün? Bu kimə və nəyə lazımdır? Hətta ekspert-analitik Dronqo da bu suallara cavab tapa bilmir; hələlik o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır.
Uzun çəkən sözardı (roman)
"Uzun çəkən sözardı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Təxmini iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələri ilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı. Bu qədər zaman keçəndən sonra kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Ekspert-analitik Dronqo bunun səbəbini hələ öyrənə bilmir, əvvəlcə isə o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Killer isə geri çəkilmək fikrində deyil.Sonra qatili tapmaq üçün Dronqo axtarışlara başlayır.
Kreyser sonatası
Kreyser sonatası (rus. Крейцерова соната) — Lev Tolstoyun 1887—1889-cu illərdə yazdığı povesti. == Məzmun == Tolstoy bütün dünyanı rus ədəbiyyatı barədə danışmağa məcbur edən, dünya ədəbiyyatının böyük sənətkarları arasında fəxri yer tutan birinci rus yazıçısıdır. Tolstoy öz əsərlərində o qədər böyük məsələlər irəli sürə bilmiş, elə bir bədii qüvvət səviyyəsinə yüksələ bilmişdir ki, onun əsərləri dünya bədii ədəbiyyatında əvvəlinci yerlərdən birini tutub. Kitabda verilmiş üç məşhur povest Tolstoy yaradıcılığında ən çox onu xarakterizə edən cəhətləri: insan hisslərinin insan əməlləri ilə münasibəti, ehtirasların təhlili və s. psixoloji prosesləri, onun qanunlarını, formalarını və insan qəlbinin dialektikasını əks etdirir... == Nəşr və tərcümə == Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda nəşr edilib. == Həmçinin bax == Kreyser sonatası (film, 1987) == İstinadlar == == Xarici keçidlər == "Kreyser sonatası" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib.
Yapon soforası
Yapon stifnolobiumu (lat. Styphnolobium japonicum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin stifnolobium cinsinə aid bitki növü.
Violonçel Sonatası (Şopen)
Violonçel Sonatası — Şopen tərəfindən yazılmış Violonçel sonatası (G (sol) minor, Op. 65) 1846-cı ildə yayımlanmışdır.Bu əsər Şopenin pianodan başqa instrumentlər üçün yazdığı 9-cu əsərdir (ancaq yenə də hər bir əsərinin içində piano var).39 illik həyatında 4 sonata yazan bəstəkarın digər 3 sonatası piano üçün idi.Bu violonçel sonatası isə onun sağlığında yayımlanmış sonuncu əsər olma xüsusiyyətini daşıyır.Sonata Auguste Frenchomme üçün yazılmış və ona həsr olunmuşdur.Sonata materialın cəmləşməsi nəzərindən diqqətə layiqdir: ilk hissədə musiqinin əsas hissəsi violonçelin açılışından inkişaf etməyə başlayır və müəyyən qaydada digər hissələrdə də davam edir.Əsərin son 3 hissəsi xalqa açıq şəkildə, bəstəkarın son konsertində, bəstəkarın özü və Franchomme ilə birlikdə 16 fevral 1848-ci ildə, Salle Pleyeldə ifa edildi. == Quruluşu == Əsər 4 hissədən ibarətdir: Alleqro moderato G (sol) minor Skerso D (re) minor, Trio D (re) major Larqo B♭ (si bemol) major Final. Alleqro G (sol) minor, sonluq G (sol) majorƏsərin ifası 30 dəqiqəyə yaxın vaxt tələb edir.
Payız sonatası (film, 1978)
"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi. == Məzmun == Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Do Diyez Minor Sonatası (Şopen)
Do diyez minor noktyurn — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir: İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya. Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir. == Musiqili Struktur == Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır.