Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • SÜLEYSİNLƏR

    сущ. зоол. сони (сем. млекопитающих отряда грызунов)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Süleysünlər
Süleysinlər (lat. Gliridae və ya lat. Myoxidae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsidir. Əsasən Avropada yayılmışlar, lakin bəzi növlərinə Afrika və Asiyada da təsadüf olunur. Digər məməlilərdən qış yuxusunun uzunmüddətli olması ilə fərqlənirlər. == Ümumi xüsusiyyətləri == Orta və xırdaboylu gəmiricilərdir. Quyruqları bədəndən uzun olub, azca basıqdır. Yer formalarında quyruq seyrək tüklərlə örtülmüş, ağac formalarında isə yumşaq tüklüdür. Ön ətrafları dörd, arxa ətrafları beşbarmaqlıdır. Barmaqları uzun və çox hərəkətlidir.
Suleyhilər
Suleyhilər — Misirdə Fatimilər xilafətinə bağlı müsəlman xanədan (1047–1138). Yəməndə ismaililər məzhəbinin hökmran olmasına şərait yaratmışdır. == Tarixi == Ailənin Yəməndəki hökmranlığı, Fatimi dailərinin işbirliyinə dayanan Əli bin Məhəmmədlə (hökmdarlığı 1047-1067) başladı. Öncə dağlıq bölgəni ələ keçirən Əli bin Məhəmməd, daha sonra Tihamə sahil bölgəsində oturan Necahiləri, Sənadakı Zeydiləri (1063) və Ədəndəki Maaniləri (1064) yerlərindən etdi. Ayrıca Hicazdakı Musavi şəriflərin yerinə Haşimi şəriflərin keçmesinə şərait yaratdı (1063). Əli əs-Suleyhinin ölümünün ardından yerinə oğlu əl-Məlikül-Mükərrəm Əhməd əs-Suleyhi keçti. Amma əl-Mükərrəm Əhməd əs-Suleyhi dönəmində (1067-1084) Suleyhi torpaqları azalmağa başladı. Şimalda Necahilər yenidən güc-qüvvə qazandılar. Cənubda isə Ədən, İsmailiyyə məzhəbindən başqa bir xanədan olan Zurayilərə verildi. Əhməd hökmdarlığının son illərində feili hakimiyyəti böyük ölçüdə arvadı əs-Seyyidə Ərvaya buraxdı.