Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürüşkən
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Sürüşkən (dəqiqləşdirmə)
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Sürüngəc
Sürüngəc çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi olub, dəyişməz irəli-geri hərkəti icra edir. Sürüngəc porşen və sürgü qolunu birləşdirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmində birləşmə üçün oxdan istifadə olunur. Belə birləşmə porşeni normal yükləmədn azad edir, çünki onun təsiri sürüngəcə ötürülür. Sürüngəcin tətbiqi ilə silindrdə porşenin altındakı boşluğu böyütmək mümkündür. Bu halda ox silindrin aşağıdakı qapağındakı kipləşdiricidən keçir və onun hermetikliyini artırır.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir.Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. == Əfsanələr == Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. == Təsfiri == Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı.İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. == Qayaların sirri == Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı. Belə ki, elmi araşdırmalara görə Ölüm vadisində gecələr tempratur çox soyuq olduğundan bu göl yatağında suyun donmasına səbəb olur. Qayaların daha intensiv hərəkəridekabr ayının 20-si yanvar ayında müşahidə edildi.Belə ki, 60-a yaxın qayanın hərəkəti aşkarlandı və hətta bəzisinin 224m hərəkət etdiyi üzə çıxdı.Bu hadisənin Dekabrda daha intensiv baş verməsinin səbəbi sirrin suyun donması ilə əlaqədar olmasında olduğunu göstərdi.
Sürüşən vektorlar
Sürüşən vektorlar - başlanğıc nöqtəsi düz xətt üzərində ixtiyari götürülə bilən vektordur. Deməli,sürüşən vektoru yerləşdiyi düz xətt üzərində istənilən qaydada sürüşdürmək olar. Bu zaman vektorun istiqaməti dəyişməməlidir. Sərbəst vektorlardan fərqli olaraq, sürüşən vektorlar bir düz xətdən başqa düz xəttə köçürülə bilməz. Bərk cismə tətbiq olunan qüvvə Sərbəst vektora nümunədir. Sərbəst vektor anlayışı fizikada tətbiq olunur. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Sürüşmə (film, 1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.