Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
May sıxıntısı (film, 1999)
May sıxıntısı — 1999-cu ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. == Film haqqında == Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də "Qəsəbə"də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan açıqlanmağa ehtiyac duyulmur. "May buludları" "Siyad mükafatları"nda, "Antalya", "İstanbul", "Ankara", "Buenos Ayres" və "İsgəndəriyyə" film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.