Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhərbağı
Şəhərbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd inzibati-ərazi vahidi tərkibindəki Şəhərbağı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Şəhərçay
Şəhərçay — Cənubi Azərbaycanda çay. == Haqqında == Zaqros dağları bölgəsində axır. Bu, Urmiya şəhəri ilə şərq istiqamətdə axıb tökülür və onun qərb sahilində Urmiya gölünə, Keştibana yaxın boşalır.
Kiçik Venesiya şəhərciyi
"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi. İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur və Bakı bulvarının bir parkıdır. "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur. Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir. == Tarixi == 1960-cı ildə istifadəyə verilmişdir.10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur. == Yenidən qurulması == 2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.Şəhəcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə istifadəyə verilmişdir.Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran ("Şərq" və "İtaliya" restoranları) inşa edilmişdir. Restoranlardan birində Qərb, digərində isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edilir.
Aypara sarayı və şəhərciyi
The Crescent Development Project (azərb. Aypara sarayı və şəhərciyi‎) — Bakıda Xəzər dənizinin sahilində tikilən göydələn kompleksi. Bir süni ada, biznes mərkəzi (The Crescent City), bir yaşayış və ticarət mərkəzi (The Crescent Place) və bir oteldən (The Crescent Hotel) ibarət olması planlaşdırılır. Layihə Azərbaycanın memarlıq abidəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. "The Crescent Development Project" ilə Port Baku Towers və Port Baku Residence kimi binalar limanın keçmiş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. == Tarixi == 2008-ci ilin fevralında məşhur memarlıq saytı skyscrapernews.com Bakıda tikinti üçün təklif olunan koreyalı Heerim Architects şirkətinin layihələri barədə məqalə dərc edib. Ay temalarına malik layihələr "göydələnin anlayışını ənənəvi çərçivədən kənara çıxarmaq cəhdi" adlandırılıb. Bu Bakı buxtasının ucunda yerləşən "Full Moon Bay" və "Caspian Plus" ərazilərində tikiləcək iki göydələn kompleksi məsələsi idi. Bunlardan birincisi körfəzin qərb kənarında tikilmək üçün təklif olunan 158 metrlik 35 mərtəbəli disk şəklində olan "Küləklər-1 və 2" binası idi. Onlar ümumi podiumu birləşdirmək məcburiyyətində idilər.
Yaşayış binası (Şəhəryanı küçəsi, 144)
Şəhəryanı küçəsi, 144 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Evin qalın divərləri daxildən əhəmiyyətli dərəcədə yarılaraq, divar daxili şkaf yerləri yaradılıb. İnteryerin əsas diqqət çəkən iştirakçısı güclü profilləndirilmiş çərçivəyə malik olan və daşıyıcı divarda yerləşdirilmiş buxarıdır. Ləmə üsərində yerləşdirilmiş küncləri kronşteynli dayaz nişlər divar səthini tamamlayır.Daşıyıcı divar içində yerləşdirilmiş pilləkən yayda istirahət üçün nəzərdə tutulmuş dam verandasına aparır. Günəşin yüksək vaxtı evin şüa tutan divarlarında pəncərə yerləri yoxdur ki, bu da gün ərzində otaqlarda sərin havanı saxlamağa imkan verir.Dama aparan pilləkənin şüavari həll edilmiş giriş yeri üzərində incə profillənmiş tağ yerləşir. Yaxşı kölgələnmiş səliqəli verandanın ritmik düzülmüş, özünəməxsus kronşteynli səkkizguşəli taxta sütunları və incə yonma işli taxta çəpərləri tikilinin fasadının xarakterik xüsusiyyətlərini formalaşdırır. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.