Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhərbağı
Şəhərbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd inzibati-ərazi vahidi tərkibindəki Şəhərbağı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Yaşayış binası (Şəhəryanı küçəsi, 144)
Şəhəryanı küçəsi, 144 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Evin qalın divərləri daxildən əhəmiyyətli dərəcədə yarılaraq, divar daxili şkaf yerləri yaradılıb. İnteryerin əsas diqqət çəkən iştirakçısı güclü profilləndirilmiş çərçivəyə malik olan və daşıyıcı divarda yerləşdirilmiş buxarıdır. Ləmə üsərində yerləşdirilmiş küncləri kronşteynli dayaz nişlər divar səthini tamamlayır.Daşıyıcı divar içində yerləşdirilmiş pilləkən yayda istirahət üçün nəzərdə tutulmuş dam verandasına aparır. Günəşin yüksək vaxtı evin şüa tutan divarlarında pəncərə yerləri yoxdur ki, bu da gün ərzində otaqlarda sərin havanı saxlamağa imkan verir.Dama aparan pilləkənin şüavari həll edilmiş giriş yeri üzərində incə profillənmiş tağ yerləşir. Yaxşı kölgələnmiş səliqəli verandanın ritmik düzülmüş, özünəməxsus kronşteynli səkkizguşəli taxta sütunları və incə yonma işli taxta çəpərləri tikilinin fasadının xarakterik xüsusiyyətlərini formalaşdırır. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Şəhrəbanu
Şəhrəbanu və ya Şəhrbanu (fars. شهربانو‎; bilinmir, İran – 658) (adının mənasi, torpağın xanımı)— III Yəzdigirdin qızı, İslami qaynaqlara görə Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı, şiələrdə dördüncü imam hesab edilən Əli ibn Hüseynin (ə) anası. Lakin təqzibedilməz elmi-tarixi faktların işığında tarixçilərin araşdırmaları göstərir ki, onun Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı və Əli ibn Hüseynin (ə) anası olması bir tarixi mifdir. Halbuki, Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi böyük ilahiyyatçı, və tarixçilər İmam Hüseynin (ə) Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıp və bu rəvayətləri rədd ediblər. == Həyatı == Tarixi nöqteyi nəzərdən Sasani hökmdarı lI Xosrov (591–628) və süryani xristian etiqadlı, indiki Suriya ərazisindən olan Şirinin (bax : Xosrov və Şirin) nəticəsidir. Nənəsi afrika əsilli, qaradərilidir. Belə ki, II Xosrovun Şirinlə izdivacından doğulmuş, III Yəzdigirdin atası olan Şəhriyar afrikalı bir cariyə ilə evlənmişdi.. Bəhai dininin qurucusu Bəhaullah öz şəcərəsini də Şəhrəbanuya bağlayırdı. Əl-Məsudinin yazdıqlarına görə III Yəzdigirdin iki oğlu və üç qızı var idi, qızlarının adı Adraq Şahar Banu və Mərdavand idi. Bəzi şiə tarixçilərinə görə Əli ibn Hüseynin doğulmasından sonra vəfat etmişdir.
Şəhrəbanu Əmani
Şəhrəbanu Əmani Əngənə-İranlı siyasətçi.İran parlamentinin beşinci və altıncı dövrlərində Urmiyanı təmsil edən nümayəndələrdən biri idi.Şəhrəbanu Əmani, İranın ətraf mühit təşkilatının sədr müavinidir.