Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samitlərin səslənməsi
Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər. Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur. Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z]. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: 1. Cingiltili samitlər 2. Kar samitlər Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur. Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. == Yaşayışı == Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. == Qafqazda vali vəzifəsində == 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.
Səsvermə
Səsvermə — debatlardan, müzakirələrdən və seçki kompaniyalarından sonra bir məsələ barədə seçicilərin və ya hər hansısa qrupun fikrini və ya qərarını bildirmə metodu. Müəyyən edilmiş yerdə yaşayan şəxslər əvvəlcədən qeydiyyata alınır və müəyyən bir məsələnin səsverməsində iştirak edir. Bu şəxslər "seçici" adlanır. Demokratiyalarda səsvermələrin müxtəlif sistemləri mövcuddur. == Siyasətdə == Demokratik dövlətlərdə hökumət səsvermələr vasitəsilə seçilir və qannuna görə birdən çox namizədin olması mütləqdir. Nümayəndəli demokratiyalarda seçicilər hökumətdəki nümayəndələrini səsvermə vasitsilə müəyyən edirlər. Birbaşa demokratiyalarda isə səsvermə xalqın birbaşa səsvermələr vasitəsilə özünün qanunlar qəbul etməsində istifadə edilir. Səsvermə fərdin hər hansıa bir şeyi seçməsi və ya hər hansısa bir şeyə qarşı olmasının ifadəsidir. bu şeylər təklif oluann qətnamə, müəyyən namizəd, təklif olunan məsələlər, seçilmiş namizədlər və ya siyasi partiya və s. ola bilər.
Keşləmə
Keşləmə - tələb olunma ehtimalı daha çox olan informasiyaların surətlərinin çıxarılması və xususi qovluqlarda yaddaşda saxlanması deməkdir.
Gizli səsvermə
Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Taktiki səsvermə
Taktiki səsvermə (strateji səsvermə, mürəkkəb səsvermə və ya qeyri-səmimi səsvermə) seçkilərdə ikidən çox namizəd olduqda baş verir və əsas mahiyyəti seçicinin arzuolunmaz nəticənin qarşısını almaq üçün qeyri-səmimi şəkildə dəstəkləmədiyi, lakin qazanma şansını daha yüksək qiymətləndirdiyi namizədə səs verməsindən ibarətdir. Məsələn, majoritar seçki zamanı seçici daha az üstünlük verilən, lakin məşhurluqda digərlərini üstələyən namizədə səs verməklə "daha yaxşı" nəticə əldə edə bilər. Gibbard-Sattersvayt nəzəriyyəsi göstərir ki, hər hansı diktatorial olmayan və sonda vahid qalibin seçildiyi səsvermə metodu taktiki səsvermədən təsirlənə bilər. Bununla belə, taktiki səsvermənin növü və onun kampaniya və ya seçki nəticələrinə hansı dərəcədə təsir göstərdiyi bir səsvermə metodundan digərinə nəzərəçarpan dərəcədə dəyişə bilər. Məsələn, tək qalibli seçkilər üçün majoritar seçki sistemi (MSS) iddia edir ki, müxtəlif yollarla taktiki səs vermək stimul və fürsətləri uğurlu şəkildə yarıya qədər azalda bilər. İlk öncə, MSS vətəndaşları namizədləri yox, onların vəzifəyə uyğunluqlarını dərəcələndirmələrini üçün dəvət edir: Əla (ideal), Çox yaxşı, Yaxşı, Məqbul, Zəif və Yararsız (tamamilə uyğun olmayan). Daha sonra isə MSS-in qalibi ən yüksək orta dərəcəyə sahib olan şəxs olur. Çoxsaylı qalibin müəyyən olunduğu seçkilərdə proporsional seçki sisteminin 5.5.5-ci bölməsindəki "qiymətləndirici proporsional seçki sistemi" hər bir vətəndaşı inandırmağa çalışır ki, onların vicdanlı şəkildə verdiyi səs bu səslər nəticəsində yüksək dərəcə və yaxud səlahiyyətli səsə malik olan seçilmiş namizədin mütənasib olaraq qanunverici hakimiyyətdəki səsvermə gücünü də artırır. == Taktiki səsvermənin növləri == Kompromisə getmək (bəzən, "faydalı səs") – Seçicinin qeyri-səmimi şəkildə alternativin qalib gəlməsi ümidi ilə ona yüksək sırada yer verməsi. Məsələn, nisbi çoxluq sistemində seçicilər həqiqətən dəstəklədiyi şəxsin əvəzinə qazanma şansını yüksək hesab etdiyi insana səs verə bilər (misal üçün, qarşı partiyanın məğlubiyyətinə kömək etmək naminə mübahisəli eksterimist yox, əksinə daha mübahisəsiz mülayim namizədin leyhinə səs vermək).
Selenqe vilayəti
Selenqe vilayəti (monqolca: Сэлэнгэ аймаг) — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 17 rayonu (sumu) birləşdirən Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. == Ərazisi == 1934-cü ildə yaradılan Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. Selenqe vilayətinə 17 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Selenqe vilayətinin əhalisi 108 768 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.