Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sahibqıran
Sahibqıran — 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın ölümdən sonra Qacarlarla münasibətləri nizamlamaq məqsədilə İbrahimxəlil xanın göstərişinə əsasən, Fətəli şah Qacarın adından 35 qəpik dəyərində olan Sahibqıran adlı pul vahidi buraxılmağa başlanmışdı. == İstinadlar == == Qeydlər == == Həmçinin bax == Qarabağ xanlığı Qacarlar == Ədəbiyyat == Yunis Hüsеynоv. «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi (PDF). Bakı: "Mütərcim". 2007. 216 səh. ISBN 5-8066-1708-4.
Mustafa bəy Sahibqıran
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Sahibdivan (Meşkinşəhr)
Sahibdivan (fars. صاحب ديوان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 816 nəfər yaşayır (163 ailə).
Mirzə Fətəli xan Sahibdivan
Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şirazi — Nasirəddin şah Qacarın hakimiyyəti zamanında Cənubi Azərbaycanın valisi. == Həyatı == Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şiraz şəhərində anadan olmuşdu. Məşhur Qəvam, Kəlantər nəslindindir. Mirzə Fətəli xan Sahibdivan Azərbaycanın valisi olmuşdu. Təbrizdə həm valinin, həm vəliəhdin olması ağır yük idi. 1872-ci ildə yayılmış intibahnamədə vali Sahibdivana müraciətdə deyilirdi: "Bizi idarə etmək təkcə vəliəhdin olması kifayətdir. Artıq hakimlər, xüsusilə də sənin kimisi bizə lazım deyil". Öz acgözlüyü və zülmkarlığı ilə əhalini cana gətirən Sahibdivana qarşı Təbrizdə dəfələrlə çıxışlar baş vermiş və nəhayət 1881-ci ildə Təbriz əhalisi onu Azərbaycandan qovmuşdur. (Buna baxmayaraq, şah Sahibdivanı başqa yerə - yerə Şiraza hakim təyin etmişdi). == Ailəsi == Mirzə Fətəli xan Xürrəm Bahar xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu.Hüseyn xan, Heydərəli xan adlı oğlanları vardı.
Nahırqıran (Duzluca)
Nahırqıran — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.