Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cənubi Sandviç adaları
Cənubi Sandviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir. İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir. == Ümumi məlumat == Arxipelaq 310 km² sahəyə malikdir.
Cənubi Sandviç çökəkliyi
Cənubi Sandviç çökəkliyi — dərin nov Atlantik okeanın cənubunda, Cənubi Sandviç adaları sahilləri boyunca (şərq sahili) uzanır. Novun uzunluğu 1200 km təşkil edir. Maksimum dərinliyi 8428 metrdir. V-formaya malikdir. Eni 6000 km-dən 100 km arasında dəyişir. Dərinliyin dibində isə bir necə milometrə çatır.
Vısokiy adası (Cənubi Sandviç)
Vısoki adası (ing. Visokoi Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan kiçik ada. Atlantik okeanın cənubunda yerləşir. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Coğrafiya == Vısoki adası Cənubi Georgiya adasından 520 k, cənub-şərqdə yerləşir. Antarktidadan şimal-şərqdə qərarlaşır. Leskov və Zavadovski adaları ilə birlikdə Traverse arxipelaqını əmələ gətirir. Adanın uzunluğu 7,2 km, eni isə 4,2 km təşkil edir. Adanın maksimal hündürküyü 1005 metrdir. == Tarix == Ada ilk dəfə 1819-ci ildə rus antarktik ekspedisiyasının rəhbəri Faddey Belinshauzen tərəfindən kəşf edilmişdir.
Cənubi Georgiya və Cənubi Sandviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sandviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. == Coğrafiyası == Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sandviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. == Cənubi Georgiya == Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.