Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Angina
Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. == Əlamətləri == Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir.
Yuliya Sanina
Yuliya Sanina (əsl adı Yuliya Aleksandrovna Qolovan; 11 oktyabr 1990, Kiyev, Ukrayna SSR) — Ukraynalı müğənni, The Hardkiss qrupunun solisti. == Həyatı == Yuliya Qolovan 11 oktyabr 1990-cı ildə Kiyevdə musiqiçi ailəsində anadan olmuşdur. Üç yaşında ilk dəfə səhnədə atasının rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxumuş, sonra uşaq şou-qrupunda müxtəlif musiqiləri səsləndirmişdir. Caz qrupunun tərkibində də solist kimi çıxış edirdi. 2005-ci ildə Yuliya Caz və Estrada üzrə uşaq musiqi məktəbini bitirib. Sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən jurnalistika ilə maraqlanırdı. 2006-cı ildən 2008-ci ilədək Sister Siren qrupunun solisti olmuşdur. 2016-cı ildə Yuliya Sanina STB telekanalında "X-Faktor" şousunun yeddinci mövsümündə münsiflər heyətinin üzvü və müəllim oldu. Smurflar: İtirilimiş kənd cizgi filminin ukraynca dublyajında Şirinəni səsləndirmişdir.
Sagina ammannioides
Ammaniyayabənzər bergiya (lat. Bergia ammannioides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinin bergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lechea verticillata Willd. === Heterotipik sinonimləri === Sagina ammannioides B.Heyne ex Wall. Tillaea rubella Blanco Bergia ammannioides var. glaber Abdallah & Sa'ad Bergia ammannioides var. pentandra Wight Bergia oryzetorum Fenzl ex Zoll. Bergia pentandra Cambess. ex Guill. & Perr.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə 3-cü Belorusiya Cəbhəsinin qadın snayperlərdən ibarət ayrıca taqımının snayperi, "Şöhrət" ordeni laureatı, bu mükafatı alan ilk qadın snayperlərdən biri. 59 düşmən əsgər və zabitinin öldürüldüyü təsdiqlənib. == Həyatı == Roza Şanina 3 aprel 1924-cü ildə Voloqda quberniyasının Velski rayonunun Edma kəndində çoxuşaqlı ailədə anadan olub.
Viola canina subsp. stagnina
Viola stagnina (lat. Viola stagnina) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola canina subsp. stagnina (Kit. ex Schult.) Wigand Viola montana var. stagnina (Kit.) Regel == Yarımnövləri == Viola stagnina var. lacteoides (W.Becker & Kloos) Hof Viola stagnina var.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Santana
Karlos Auqusto Alves Santana (isp. Carlos Augusto Alves Santana; d.20 iyul 1947) — Meksika əsilli məşhur ABŞ rok-gitaraçısı. 10 Qremmi mükafatına və 3 Latın Qremmi mükafatına layiq görülmüşdür. 1960-70-ci illərdə artıq klassikaya çevrilmiş "Black Magic Woman" və "Oye Como Va" kimi mahnıların ifası ilə məşhurluq qazanmışdır. 1999-cu ildə "Smooth" və "Maria Maria" mahnılarının yer aldığı "Supernatural" albomu ilə yenidən pop-çartların zirvəsinə qalxdı. Bu albom "İlin ən yaxşı albomu" nominasiyasında Qremmi mükafatı ilə təltif edilmişdir.o dünyada məşhurlar sırasında olub. Dünyanın 100 ən böyük gitar ustadlarından biri.
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. == Miqrasiya == Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
Vagina
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Yanina
Yanina (Ιωάννινα ή Γιάννενα) — Yunanıstanın şimal-qərbində yerləşən şəhər. Dəniz səviyyəsindən 480 metr yüksəklikdə , Selanikdən 209 kilometr cənub-qərbdə və Afinadan 311 kilometr şimal-qərbdə, İoannina gölünün sahilindədir. Eyniadlı icmanın inzibati mərkəzi (dima), eyni adlı periferiya vahidi, Epirus ətrafı və Epirus və Qərbi Makedoniyanın mərkəzləşdirilməmiş rəhbərliyi. 2011-ci il əhalinin siyahıya alınmasına görə əhali 65.574 nəfərdir. Sahəsi 17.355 kvadrat kilometrdir. == Tarixi == === Orta əsrlər === Adı açıqlanmayan "möhkəmləndirilmiş polis" I Yustinian tərəfindən qədim Evria (Εύροια) sakinləri üçün inşa edilmiş , bəzi tədqiqatçılar Yanina ilə əlaqələndirirlər. Bu versiyanı təsdiqləyən heç bir arxeoloji tapıntı yoxdur. Yanina ilk qeyd yalnız 879-cu ildə , Nafpaktosun vikariya yeparxiyası ilə əlaqədardır. Anna Komnina heç bir izahat vermədən üç dəfə İoanninanın adını çəkdi. 1082-ci ildə şəhər müvəqqəti olaraq I Bohemondun rəhbərlik etdiyi Normanların hakimiyyəti altında idi.
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser; Digər Sabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Aleks Santana
Aleks Paulo Menesez Santana (br-port. Alex Paulo Menezes Santana) — Braziliya futbolçusu, Bolqarıstan Birinci Peşəkar Futbol Liqasında çıxış edən "Ludoqorets"in yarımmüdafiəçisi. Santana peşəkar karyerasına 2013-cü ildə "Internasional"da başlamış, köçməzdən əvvəl "Krikiuma", "Quarani" və "Parana"da icarə əsasında oyun keçirmişdir. O, altı il sonra "Botafoqo"ya transfer olunmuşdur. Santana 2020-ci ilin iyulunda "Ludoqorets"ə keçmişdir.
Amelanchier sanguinea
Qırmızımeyvəli irqa (lat. Amelanchier sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Avqusto Sandino
Avqusto Sandino (isp. Augusto Nicolás Calderón Sandino; 18 may 1895 – 21 fevral 1934, Manaqua, Nikaraqua)) — Nikaraqua partizan lideri. Sandinista Xalq Cəbhəsi adını Avqusto Sandinodan götürmüşdür. Sandino 1926-cı ildə Baş Nazir Xuan Bautista Sakaranı prezidentlik vəzifəsinə gətirilməsi üçün apardığı silahlı mübarizə də məşhurlaşmışdır. ABŞ dəniz piyadaları korpusunun 1927-ci ildə ölkəyə müdaxilə etməsindən sonra tərəfdarlı ilə birlikdə ölkənin şimalındakı dağlarda gizlənmişdir. ABŞ və Nikaraqua ordusuna qarşı apardığı uğurlu əməliyyatlar nəticəsində xalqın dəstəyini qazanmışdır. Sandino tərəfindən icra olunan hərbi əməliyyatların əsas məqsədlərindən biri də Nikaraqua xalqında Amerika Birləşmiş Ştatlarına qarşı mənfi fikirlərin formalaşdırılması idi və proseslərin gedişi zamanı partizanlar öz istəklərinə qisməndə olsa nail olmuşdular. 1933-cü ilin yanvar ayında ABŞ ordusunun ölkədən çıxması və Sakaranın hakimiyyətə gəlməsindən sonra tərəfdarlarının bir qismini dağıdaraq sülh prosesinə başlamışdır. Partizanların tərkisilah edilməsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Xalq Mühafizəçilərinin komandiri Anastasio Somoza Qarsiyanın adamları tərəfindən oğurlanaraq öldürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avqusto Sandino ilə əlaqəli mediafayllar var.
Crataegus saligna
Crataegus saligna (lat. Crataegus saligna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Crataegus sanguinea
Qırmızımeyvəli yemişan (lat. Crataegus sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın şərqindən başlayaraq Orta Asiya daхil olmaqla Qərbi və Şərqi Sibirə qədər gеniş arеalı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, parlaq al-qırmızı,qonur budaqları üzərində 2-4 sm uzunluqda sivri tikanları olan kol və ya balaca ağacdır. Yarpaqları yumurtaşəkilli, 3-7 dilimli, uzunluğu 6 sm, еni 4-5 sm-dir. Çiçəkləri ağdır, diamеtri 5 sm olan qalхan çiçək qrupuna yığılmışdır, mayın aхırında çiçəkləyir. Mеyvələri al qırmızı, şarşəkilli, 3-4 toхumlu çəyirdəkmеyvədir, avqust-sеntyabr aylarında yеtişir. Yеddi yaşından еtibarən mеyvə vеrməyə başlayır. == Ekologiyası == İstiyə, soyuğa, qışa davamlıdır, torpağa tələbkar dеyil. == Azərbaycanda yayılması == Naxçıvan MR təbii halda rast gəlinir.
Digitaria sanguinea
Digitaria sanguinalis (lat. Digitaria sanguinalis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin barmaqotu cinsinə aid bitki növü. == Sinonimləri == Asperella digitaria Lam. Cynodon praecox (Walter) Roem. & Schult. Dactilon sanguinale (L.) Vill. Digitaria aegyptiaca Willd. Digitaria aegyptiaca subsp. caucasica (Henrard) Tzvelev Digitaria australis Willd. ex Trin.
Eucalyptus saligna
Eucalyptus saligna (lat. Eucalyptus saligna) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Holmskioldia sanguinea
Holmskioldia sanguinea (lat. Holmskioldia sanguinea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin holmskioldia cinsinə aid bitki növü.
Karlos Santana
Karlos Auqusto Alves Santana (isp. Carlos Augusto Alves Santana; d.20 iyul 1947) — Meksika əsilli məşhur ABŞ rok-gitaraçısı. 10 Qremmi mükafatına və 3 Latın Qremmi mükafatına layiq görülmüşdür. 1960-70-ci illərdə artıq klassikaya çevrilmiş "Black Magic Woman" və "Oye Como Va" kimi mahnıların ifası ilə məşhurluq qazanmışdır. 1999-cu ildə "Smooth" və "Maria Maria" mahnılarının yer aldığı "Supernatural" albomu ilə yenidən pop-çartların zirvəsinə qalxdı. Bu albom "İlin ən yaxşı albomu" nominasiyasında Qremmi mükafatı ilə təltif edilmişdir.o dünyada məşhurlar sırasında olub. Dünyanın 100 ən böyük gitar ustadlarından biri.
Lactuca saligna
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Lantana sanguinea
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Ligularia fangiana
Ligularia fangiana (lat. Ligularia fangiana) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Sabrina (albom)
Sabrina – Sabrina Salernonun çıxardığı ilk albomdur.
Sabrina Karpenter
Sabrina Ennlinn Karpenter (11 may 1999[…], Kvakertaun[d], Pensilvaniya) — amerikalı müğənni, bəstəkar, aktrisa. Karpenter aktrisalıq karyerasına cinayət teleserialı Law & Order: Special Victims Unit ilə başladı, və Fox-un üç ay davam edən qısa müddətli serialı The Goodwin Games-də təkrarlanan rol aldı. O, Disney Channel-də yayımlanan komediya serialı Girl Meets World (2014–2017) və televiziya filmi Adventures in Babysitting-də rol aldı. Karpenter, Horns (2013), The Hate U Give (2018), The Short History of the Long Road (2019), Clouds (2020) və Emergency (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, Tall Girl (2019) və onun davamı (2022) və Work It (2020) filmlərində yer alıb. 2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı mini-albomu işıq üzü gördü. 2015-ci ildə o, Eyes Wide Open adlı debüt albomu və üç əlavə studiya albomu, Evolution (2016), Singular: Act I (2018) və Singular: Act II (2019) buraxıdı. Beşinci studiya albomu Emails I Can't Send 2022-ci ildə buraxıldı. == Həyatı == Karpenter 11 may 1999-cu ildə Pensilvaniya ştatının Kvakertaun şəhərində Devid və Elizabet Karpenterin ailəsində anadan olub və Şərqi Qrinvildə böyüyüb. Üç böyük bacısı ilə birlikdə böyüyüb və evdə təhsil alıb.
Sanqriya
Sanqria — ilk dəfə İspaniyada ortaya çıxan şərab və sitrus meyvələrinə əsaslanan sadə spirtli içkidir. Klassik reseptə qırmızı şərab, limon, portağal, bir az şəkər, konyak və qazlı su daxildir. Bu içki aşağı alkoqollu kokteyllərə aiddir, lakin güclü spirtli maddələrin əlavə edilməsi ilə müxtəlif formaları da var. Sanqria kokteyli təravətləndirməli və canlandırmalıdır. Buna görə də özündə çoxlu meyvə və buz ehtiva edir . Şərabın gücü su və ya sərinləşdirici içkilərlə düzəldilir. İspanlar bu kokteylin hazırlanması qaydalarına həssaslıqla yanaşırlar. Meyvə və spirt bir-biri ilə ahəngdar olmalı, mükəmməl dad yaratmalıdır. Bununla belə, bəzi qaydalara və ardıcıllığa riayət edərək evdə bişirə bilərsiniz.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. == Yanğından mühafizə == Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.