Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acıtma
Acıtma — şifahi xalq şerində, daha dəqiq desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə acıq vermək üçün söylədikləri mənzumə. Acıtma bəzən dolama da adlanır. Burada yumoristik çalarlar, məzhəkə elementləri üstünlük təşkil edir. Məsələn: Azərbaycan uşaq folklorunda Keçələ dair acıtmalar daha çox yayılıb. Bir nümunə: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Sapma
Qolçomaqlıqdan salınma
Qolçomaqlıqdan salınma (rus. раскулачивание, translit. raskulaçivanie; ukr. розкуркулення, translit. rozkurkulenniya) - İlk beş illik planın 1929-1932-ci illərində milyonlarla qolçomaq (varlı kəndli) və onların ailələrinin tutulması, deportasiyası və edam olunması da daxil olmaqla Sovet siyasi repressiyaları kampaniyası idi. Əkin sahələrinin müsadirə edilməsini asanlaşdırmaq üçün Sovet hökuməti qolçomaqları SSRİ-nin sinfi düşmənləri kimi göstərdi. 1930-1931-ci illərdə 1,8 milyondan çox kəndli sürgün edildi. Kampaniya əks-inqilabla mübarizə və kəndlərdə sosializm qurmaq məqsədi güdürdü. Sovet İttifaqında kollektivləşmə ilə eyni vaxtda həyata keçirilən bu siyasət Sovet Rusiyasındakı bütün kənd təsərrüfatını və bütün əməkçiləri səmərəli şəkildə dövlət nəzarəti altına aldı. Qolçomaqlıqdan salınma zamanı aclıq, xəstəlik və kütləvi edamlar 1929-cu ildən 1933-cü ilədək ən az 530.000-dən 600.000 nəfərin ölümünə səbəb oldu, lakin daha yüksək hesablamalar mövcuddur: tarixçi Robert Konkvest 1986-cı ildə 5 milyon insanın öldüyünü təxmin etdi.
Sapata yarımadası
Sapata yarımadası (isp. Península de Zapata) - Kubanın cənub hissəsində, Matansas vilayəti ərazisində yerləşir. Yarımadada Sapata milli parkı yerləşir. Yarımadanın şərqində Batabano, şimalında Kazones (en), şərqində Donuzlar körfəzi, cənubda Ensenada de la Broa körfəzləri yerləşir.
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qapışma (film, 2000)
Qapışma (ing. Snatch) — 2000-ci ildə rejissor Qay Ritçi tərəfindən çəkilmiş cinayət-komediya filmi. == Məzmun == Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir, bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc (Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür. Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır.
Saitama
Saytama (yap. さいたま市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Saytama prefekturasının eyniadlı paytaxtı.
Salima
Salima — Malavinin üç bölgəsindən biri olan Mərkəz bölgəsi mərkəzi şəhəri.
Sapium
Sapium (lat. Sapium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Sapiopsis Müll.Arg. Seborium Raf.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Ligularia sagitta
Ligularia sagitta (lat. Ligularia sagitta) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Salima (mahal)
Salima — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Salima ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Salima şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Dedza mahalı, şimalda Nxotakota mahalı, şimal-qərbdə Ntçisi mahalı, qərbdə Dova mahalı və Lilonqve mahalı ilə qonşudur. == Əhali == Salima mahalında 340,327 nəfər yaşayır.
Salima dairəsi
Salima — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Salima ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Salima şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Dedza mahalı, şimalda Nxotakota mahalı, şimal-qərbdə Ntçisi mahalı, qərbdə Dova mahalı və Lilonqve mahalı ilə qonşudur. == Əhali == Salima mahalında 340,327 nəfər yaşayır.
Sopita Tanasan
Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb. == Həyatı == Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub. == Karyerası == Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Yaakov Şimshon Şapira
Yaakov Şimshon Şapira (ivr. ‏יעקב שמשון שפירא‏‎; 4 noyabr 1902, Kirovoqrad, Xerson quberniyası – 14 noyabr 1993, İsrail) — İsrail hüquqşünası, ədliyyə naziri və Sosialist Sionist siyasətçisi. Yaakov 1902-ci ildə Rusiya İmperiyasında (hal-hazırda Ukraniya) anadan olub.